DünyaGündəmMuharibəSiyasət

Ukrayna təhlükəsizlik polkovniki, zatən Rusiyanın FSB agenti imiş

Bunu, Ukrayna üçün qeyri-adi və sensasion hal kimi də qəbul etmək olar. Xeyli ciddi hadisədir.

Təhqiqə varaq…

Ukraynanın Təhlükəsizlik Xidməti nəzdindəki Terrorla Mübarizə Mərkəzinin keçmiş qərargah rəisi полковник Dmitri Kozyura Rusiya FSB-si (Federal Təhlükəsilkik Xidməti) agenti çıxıb. Bu istintaq və məhkımədə tamam təsdiqini tapıb.

O, savaş şəraitində dövlətə xəyanət əməlləri ilə günahkar bilinib. Və ona ən ağır cəza, ömürlük həbs verilib. Təsəvvür edirsizmi, dövlətin əsas qoruyucu strukturu polkovnikinin müdhişliyini?

Məsələ necə olub?

Peşəkar SBU zabiti olan polkovnik Kozyuranın dövlət sirlərinə çıxışı var idi yəni və terrorizmə qarşı mübarizənin koordinasiyası ilə məsul idi.

2018-ci ilin mart ayında o, Vyanada (Avstriya) Rusiya FSB tərəfindən “verbovka” olunur, keçir onlar tərəfə. Külli miqdar pulun müqabilində o, dövlət sirri təşkil edən xüsusi məlumatlar da daxil, müdafiə məlumatlarını toplaypb Rusiya kəşfiyyat xidmətinə ötürəcəyinə yazılı söz verir.

Kozyura uzun müddət gizli agent kimi qalır, az gizli fəaliyyət göstərir, görünür Rusiya tərəf onu sınayır. 2024-cü il dekabrında rusiyalı rəhbərlər yenidən əlaqəyə çıxır, vacib tapşırıqlar verirlər.

Moskvayə ötürdüyü ilk məlumatlar bunlar olur:

– Ukraynanın hərbi qruplarının, Təhlükəsizlik və Müdafiə Qüvvələrinin yerləşməsi və hərəkətləri barədə məlumat.
– Kritik infrastrukturun vəziyyəti, Ukrayna.şəhər və bölgələrinin atəşə tutulmasının nəticələri,
– Ukraynanın yüksək hərbi, siyasi rəhbərliyinin şəxsi məlumatları və hərəkət trayektoriyaları.

24 dekabr 2024-cü il. Kozyura Kiyevdəki xüsusi konspirstiv mənzilindəən “Signal” messenceri vasitəsilə Ukraynaya raket zərbəsinin nəticələri, həm Toronto-Kiyev biznes mərkəzinin binasına dəyən ziyan və Alfa Xüsusi Əməliyyat Mərkəzi bölməsinin yerləşməsi kimi məlumatlar ötürür.

31 dekabr, Kozyura, Ədliyyə Nazirliyi reyestrlər bərpası, 2 yanvarda Rusiya raketi zərbəsindən sonra yaralılar haqqında məlumatlar və 16-sı yanvarda dövlət sirri olan məlumatlar barədə Moskvaya, FSB-yə mühüm məlumatlar ötürür.

Kozyura Kiyevdəki konspirativ evindən ayrıca telefonla və Wi-Fi routerdən istifadə etməklə, Rusiyanın kəşfiyyat xidməti ilə əlaqə saxlayır. Qeyd edim ki, bunu Kiyev tərəfi açmır, amma, mənim hesabımca Kozyuranın Rusiya ilə bu, gizli-məxfi əlaqəsini Ukrayna deyil, Britaniya kəşfiyyatı müəyyən edib və izləyib, tam açıb, sonra Ukrayna tərəfə verib. Özü də, Britaniya bunu Rusiya tərəfdən açıb. Onlar Rusiya FSB, kəşfiyyatını Rusiya içində izləmək imkanlıdır.

Məsələyə qoşulan Ukrayna SBU “Şifrələnmiş proqram təminatı vasitəsilə xainin cihazlarına – mobil terminallarına və kompüterlərinə daxil olurlar. Praktik olaraq SBU əməkdaşları sanki Kojyura ilə birlikdə yaşayır, ona audio və video nəzarəti aparırlsr, sutkanın 24 saatı. Həmin o, proses zamanı xainin nə müvafiq məlumatları toplaması və düşmənə ötürməsi prosesini də ustalıqla dəqiq şəkildə qeydiyyata ala bilirlər.

SBU bu əməliyyatı “Siçovul/Şur” adlandırıb və Kozyuradan özü də bilmədən “ikili agent” kimi əks-kəşfiyyat oyununda istifadə edilib: Xainə bəzi səhv məlumat əldə etmə imkanı yaradıb Rusiya tərəfə dezinformasiya aldadıcı, yalan informasiya ötürülüb, Rusiya tərəfə isə böyük itkili zərbələr vurmaqla. Təhlükəsizlik xidməti ümumən, Kozyuranın qanunsuz fəaliyyətinin 14-epizodunu qeydə alaraq rəsmi fsktlaşdırıb .

Bundan başqa.

Kozyuranın canlı əlaqələndiricisi də aşkar olur. Bu, qadağan olunmuş Regionlar Partiyasından olan keçmiş millət vəkilinin köməkçisi Şatalov olub və Rusiya tərəf onu FSB-nin Ukrayna üzrə kəşfiyyat şəbəkəsi kuratoru təyin edib. Vaxtilə bu şəxs “antimeydan” işlərilə fəal olub, Kiyevdə nümayişçiləri güllələyən şəxslərə, Rusiyadan pul daşıyıb, hazırda Rusiyada yerləşir. Kozyura üçün da pulları o, bəzi xüsusi yollarla çatdırıb.

Nəhayət, xeyli izləndikdən və özü də bilmədən əlaqələri öyrənilib və “ikili agent” kimi istifadə olunaraq, onun adı ilə düşmənə yanlış zərərli informasiyalar ötürdüldükdın sonra, Kozyura artıq, 12 fevral 2025-ci ildə Kiyevdə saxlanılır. Əməliyyata şəxsən SBU-nun o vaxtkı rəhbəri Vasil Malyuk rəhbərlik edib, əməliyyat gedişi haqda birbaş özü Zelenskini məlumatlandırıb.

Həbsindənsə bir gün sonra, 13 fevral 2025-də məhkəmə Kozyura haqqında girov müqabilində 11 aprelə qədər həbs qərarı çıxarıb. Məhkəmə iclasında o, günahını etiraf edib, 2012-ci ildən SBU-da xidmət etdiyini bildirib. Müdafiə tərəfi daha sonra Kozyuraya istintaqla əməkdaşlıq etdiyini və özünə qarşı ittiham irəli sürdüyünü iddia edərək, ev dustaqlığı tələb edib. İmtina!

Vətənə, dövlətə xəyanətdən ağır cinayət əməli yoxdur. Belə satqınlıq bağışlanmır, nə hüquqi, nə də mənəvi. Belələrinə çox sərt yanaşılmalı!

İlqar Altay.

Şəkildə satqın polkovnikdir, onun dizini də yerə qoyduran öz rəisi, onu həbs edən SBU generalı Malyukdur. Bəli, insan özünü dizi üstə çökdürür.

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Rus hərbçiləri Ukraynada ABŞ helikopterini vurdu

redaktor

Mehdiyev həbsxanaya düşsə, tezliklə ölə bilər – Əli İnsanov danışdı

redaktor

ABŞ-da Tramp sarsıdıcı zərbə aldı

redaktor