24.5 C
Bakı
22 İyun 2026 11:22
DünyaGündəmSiyasət

Rusiyanın Çin qorxusu

Ukraynaya qarşı cinayətkar müharibənin uzanması, fəlakətli itgilər rus strateqlərini qorxutmağa başlayıb. Rus strateqlərini qorxudan əsas məsələlərdən biri Rusiyanın Çindən asılı düşməsidir. Rusiya imperiyaçıların əsas ideoloqlarından biri olan Konstantin Zatulin son müsahibələrinin birində “Çin Rusiyanın sürətli qələbəsində maraqlıdırmı?” ritorik sualını səsləndirir və dərhal da cavab verir ki, mən o qədər də əmin deyiləm.

Zatulin bildirir ki, Çin müharibənin davam etməsindən faydalanaraq Rusiya neftini və qazını ucuz qiymətlə alır. “Çin Şərqi Sibirdə və Rusiyanın Uzaq Şərqində özünü öz ölkəsində olduğu kimi sərbəst fəaliyyət göstərir.”

Çinin Rusiyaya dron və dron hissələri satdığı haqqında xatırlatmaya cavabda Zatulin bildirir ki, Çin eyni texnologiyanı Ukraynaya da satır. Zatulin bu məsələdə tamamilə haqlıdır.
Ukrayna idxalının böyük bir qismini Çindən idxal təşkil edir. Rəsmi məlumatlara görə, bu ilin yanvar-aprel ayları ərzində Ukraynanın idxalı 32.2 milyard təşkil edib. Çindən idxal 8.7 milayrd dollar olmaqla Ukrananın ümumi idxalın 25 faizindən çoxunu təşkil edir. Ekspertlər qeyd edirlər ki, Ukrananın dron istehsalı Çindən idxalla parallel şəkildə artır.

Bəzi ekspertlər isə qeyd edirlər ki, Çin bəzi həsas hissələri Rusiyaya satmadığı üçün uzun məsafəli dronlar məsələsində Ukrayna öndədir.
Çinlə bağlı daha bir maraqlı mövqeni Putinin bir nömrəli politoloqu hesab olunan Sergey Karaqanov səsləndirib. Karaqanov deyir ki, Çin bizim dostumuzdur, amma biz ondan asılı olmaq istəmirik. “ABŞ bizə manevr etmək üçün imkan verə, Çindən asılılığımızı azalda bilər.”

Zatulin və Karaqanov rəsmi mövqenin ifadəçiləri kimi qəbul olunduqlarına görə, Çinlə bağlı ifadələrini həsaslıqla seçiblər.
Bir qədər müstəqil şəxslər isə daha sərt fikirlər səsləndirirlər. Məsələn, Regional Siyasət İnkişafı Mərkəzinin prezidenti İlya Qraşçenkov deyir ki, Çin Rusiya üçün Avropa İttifaqından daha qəliz tərəfdaşdır. “Çin heç də bizim dostumuz da deyil. Biz avropalıyıq. Biz Qərb dünyasının bir hissəsiyik.”

Putinin siyasi kursuna etimadsızıq dərinləşdikcə Çinlə bağlı mövzu önə çıxır. Rusiya elitasının bir hissəsində Çinə qarşı etimadsızlıq güclənir. Heç şübhəsiz ki, bütün bunları Çinin aidiyyatı qurumları da müşahidə edir. Çin Rusiyanın suverinliyini bərpa etməsinə bir daha yol verə bilməz. Əgər Rusiya buna cəhd etsə, Pekin hansısa sərt addımlar atmaq məcburiyyətində qalacaq.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Suriya həbsxanasında 7 ay: “Qapı açılanda bizi güllələyəcəklərini düşündük”

redaktor

İsrail İranın iki qırıcı təyyarəsini məhv etdi

redaktor

Peskov təsdiqlədi: Qarabağla bağlı gizli görüş olub!

admin