DünyaMuharibə

Ukrayna Silahlı Qüvvələri Rusiyanın “kölgə donanmasına” məxsus tankeri vurub

Ukrayna Müdafiə Qüvvələri Qara dənizdə Rusiyanın “kölgə donanmasına” məxsus bir tankeri, iki avtomobil körpüsünü və bir sıra Rusiya komandanlıq məntəqələrini vurub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, “kölgə donanması”na daxil olan və bir neçə ölkənin sanksiyalarına məruz qalan FINA A tankeri Qara dənizdə vurulub. Xerson bölgəsindəki yol körpülərinə və Rusiya qoşunlarının Xerson, Zaporojye, Donetsk və Dnepropetrovsk vilayətlərində, eləcə də Rusiya Federasiyasının sərhəd ərazilərində istifadə etdiyi bir neçə komanda və müşahidə məntəqəsinə və idarəetmə mərkəzinə də hücum edilib.

Ukrayna hərbi komandanlığı bildirib ki, zərbələr Rusiya ordusunun döyüş qabiliyyətini azaltmaq məqsədi daşıyır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Rusiyaya qarşı “Cəhənnəm sanksiyaları” qanununu imzaladı

redaktor

Qrenlandiya böhranı: Trampın “rtik oyunu” yoxsa növbəti geoposiya triumfu?!

admin

“Sülh seçin”: Zelenski hücumdan sonra Rusiyaya müraciət etdi

redaktor