26.1 C
Bakı
17 İyun 2026 20:08
Tarix

Xəzər Türklərinə aid qeyri adi toqqa

Sizlərə maraqlı bir arxeoloji tapıntını təqdim edirəm. VIII əsr Xəzər Türklərinə aid olan bürünc kəmər toqqası. Daşın üzərində atlı təsvir edilib və o, ox atır. Toqqa qədim bürünc tökmə və qabartma texnikası ilə hazırlanıb.

Toqqanın sol hissəsində, əsas süvari fiqurundan ayrılmış şaquli bir zolaq daxilində simmetrik yarpaq bəzəklər yer alır. Bu cür haşiyələr qədim Türk kəmər sənətində həm estetik bütövlük yaratmaq, həm də toqqanın kəmərə bağlanan hissəsini möhkəmləndirmək məqsədi daşıyırdı.

Dördnala gedən bir atın üzərində, yəhərdə tam geriyə dönərək oxatma texnikası Hunlar, Göytürklər, Xəzərlər, Səlcuqlular, Səfəvilər və Qacarlar kimi müxtəlif dövrlərdə qurulmuş Türk dövlətlərinin döyüşçülərinə məxsus olub. Məhz bu atlı Xəzər dövlətinin döyüşçüsüdür.

Bu döyüş manevri, Türk hərb sənətinin təməl daşı olan Turan Taktikasının bir parçasıdır. Döyüş meydanında məğlub olub qaçırmış kimi edərək düşməni arxasınca çəkən Türk süvarisi, düşmən sıraları seyrəlib nizamı pozulduğu anda, dördnala qaçan atın üzərində geriyə dönərək hədəfi tam dəqiqliklə vururdu.

Daş üzərindı rəsmdə Atın quyruğunun düyünlənməsini görürük. “Türklər ağır döyüşlərə gedərkən atlarının quyruqlarını kəsmiş, döyüş bayrağı düzəldərək fədailik və hürriyyətlərini elan etmişlər. Şəhid olduqları halda bunu məzarlarına basdıraraq ruhlarını ölümsüzləşdirmişlər.

Hun türklərində döyüşdə miniləcək at “dul at” adlandırılır və sahibi savaşda ölsə, atın quyruğu kəsilirdi. Bu birdaha təsdiq edir ki, Xəzərlər türk olmaqla yanaşı qədim törənin daşıyıblar özləri ilə.
Hunlara aid, xüsusilə Pazırıq arxeoloji qazıntılarında, Göytürk adətlərində, Orxon-Yenisey abidələrindən Səlcuqlu miniatürlərinə qədər bu ənənə davam etmişdir. Xəzərlərə aid kəmər toqqasında bu detalın qabarıq şəkildə işlənməsi, onların özlərindən əvvəlki Türklərin birbaşa mədəni və hərbi varisi olduqlarının ən bariz sübutudur.

ibn- Hövqəl Xəzər dənizinin də xəritəsini çəkərək, onun Dərbəndədək bütün sahilboyu ərazisini Azərbaycan adlandırmışdıv İbn əl-Əsir xəlifə Məsləmə ibn Əbdül-Malik türklərə (xəzərlərə) qarşı yürüşə çıxdığını və Azərbaycan vilayətindəki Dərbəndə qədər gedib çatdığını yazmaqla bir daha təsdiq edir ki, Xəzərlər Azərbaycan türkləridir.

Almaniya tarixinin nüfuzlu alimlərindən biri olan Hartman Şedelin “Salnamələr Kitabı” adı ilə tanınan Nürnberq Salnaməsi, Konrad Gesnerin “Mithridates”, fransız tarixçi və diplomatı Viktor Berrarın “Révolutions de la Perse” və adını yaza biləcəyim yüzlərlə kitab da təsdiq edir ki, Xəzərlər Azərbaycan torpaqlarında imperiya quran Türklərdir.

Aşşur əlyazmalarında, Adadnerari-III (910-783 v.v) dövründə Xəzər dənizi “Günəşin qalxdığı böyük dəniz” kimi ifadə olunmuşdur. Yunan-Roma tarixçiləri və coğrafiyaçıları – Herodot, Plutarx, Strabon, Böyük Plini, Polibi, Arrian, Tasit və s. Cənub Şərqi Avropadan ön Asiyaya gedən Xəzər dənizinin ətrafında adət ənənələri sırf Türklərə aid olan xalqın yaşamasını qeyd ediblər.

Bu gün İsrail və onlara yaxın media iddia edir ki, guya Xəzərlər yəhudi olub. Xəzər xaqanlığının idarəçi elitasının müəyyən bir dövrdə yəhudiliyi qəbul etməsi, xüsusilə Qərb tarixşünaslığında zaman-zaman onların etnik mənşəyi ile bağlı spekulyasiyalara və təhriflərə yol açmışdır

Yəhudilik Xəzər türklərindən az miqdarda adamın, xristianlıq da, yalnız qaqauzlarla çuvaşların qəbul etdikləri bir din olmuşdur. Digər dinlərin türk boyları arasında geniş yayılmaması, bu dinlərin bütün türkləri qane edən bir anlayışı əks etdirməməsi, özlərinə xas inanc və mədəniyyətlə üst-üstə düşməməsi və xarkterləri ilə düz gəlməməsi kimi izah edilir. Dini inanclarını dəyişsələr də, öz dillərini, adət-ənənələrini və idarəetmə sistemlərini qoruyub saxlamışlar Xəzər türkləri.

İnancın qəbul edilməsi millətin dəyişməsi demək deyil. O dövrdə yəhudi var idi bu torpaqlarda? Tövrat və Talmudun kitab kimi qəbul edilməsi yəhudi olmaqdır məgər? Yəhudilər öz soy kökllərini gedib Misirə yaxın səhralarda axtarsınlar. Bu torpaqların sahibi Türklər olub. Azərbaycan TÜRKLƏRİ!

 

Prof.Dr.Zaur Aliyev

Tacxeber.com

Oxşar xəbərlər

Fizuli küçəsi niyə Nizami küçəsi oldu?

redaktor

İranda ən çox qorunan şəxslərdən birinin qətli xüsusi xidmət orqanlarının rüsvayçı uğursuzluğu kimi qiymətləndirildi.

admin

Leonardo da Vinçinin İsa Məsih və Məryəm haqda ŞOK İDDİALARI

redaktor