23 C
Bakı
16 İyun 2026 10:30
Hadisəİqtisadiyyat

Ramiz Mehdiyevin ailəsindən ŞQEYRİ-ADİ ADDIM

“Bank BTB” ASC (VÖEN – 1302164881) adını və təşkilati-hüquqi formasını dəyişərək “T-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrildiyini elan edib.

Tacxeber.com Yeniavaz.com-a istinadən xəbər verir ki, “Bank BTB” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi barədə məlumat bir-neçə ay əvvəl yayılıb.

Mərkəzi Bankın İdarə Heyətinin 5 mart 2026-cı il tarixli Qərarı ilə bankın BOKT-a çevrilməsinə razılıq verilib.

Məlumat üçün bildirək ki, “Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsus olub.

“Bank BTB”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyeva Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, dövlət çevrilişinə cəhddə ittiham olunan Ramiz Mehdiyevin gəlinidir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Vətəndaş bu halda ipoteka ödəməyəcək və əmlak ona qalacaq – Yeni qanun

redaktor

Sərhəddən nə keçirtmək keçirmək olar?

admin

AZAL-ın təyyarəsinin dəhşətli qəzası: 12 nəfər sağ qalıb – Video

redaktor