26 C
Bakı
19 Sentyabr 2026 16:00
DünyaSiyasət

Müharibə alovu Moskvaya keçir: Kremlin yaxınlığında strateji obyekt vuruldu

Bu gün Rusiya-Ukrayna müharibəsində son dərəcədə önəmli gündür. Müharibənin başlandığı gündən İLK dəfə Moskva ərazisində strateji neft emalı zavodu vuruldu.

Moskva NEZ-i Kapotnya rayonunda yerləşir və bu ərazi Kremldən 20 km. məsafəsinsədir. Bu zavod Moksva vilayətinin 40-70% yüksəkoktanlı benzin və aviakerosin ehtiyaclarını təmin edirdi, illik neft emalı gücü 11 mln. ton idi.

Zərbə dronla AVT-6 avadanlığına endirilib, AVT-6 avadanlığı ilkin neft emalının “ürəyi” və ən önəmli avadanlığı sayılır. Qeyd edək ki, zərbə gerçəkdən zərgər dəqiqliyilə endirilib və son açıqlanan məlunata görə, zavod öz fəaliyyətini dayandırıb.

Əgər bu günə qədər moskvalılar müharibəni görməzdən gəlib “Patriklər”də kofe içib klublarda əylənə bilirdilərsə, bu həyat tərzinin bitməsinə çox da qalmayıb, müharibə alovu Moskvaya keçir.

Təbii ki, paytaxtın qoruna bilməməsi Kreml üçün çox ciddi siyasi risklər yaradacaq.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Dünya böyük müharibəyə doğru gedir

redaktor

Paşinyan İlham Əliyevə minnətdarlığını bildirib

redaktor

Putin: “Gəlin sülh içində yaşayaq, əks halda cavab verməli olacağıq.”

redaktor