Tacxeber.com xəbər verir ki, bu barədə onun yaxınları aif.ru-ya məlumat veriblər.
Qeyd edilib ki, aktyor son günlərini Latviyanın Yekabpils şəhərindəki xəstəxanada keçirib. Məlumata görə, Butkeviç bir neçə infarkt və insult keçiribmiş. O da qeyd edilib ki, sənətçi son illərdə ağır şəkildə xəstələnib və əlil arabasında hərəkət edirmiş.
Qeyd edək ki, Pavel Butkeviç 13 mart 1941-ci ildə Riqada anadan olub. O, Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin aktyorluq fakültəsini bitirib. Butkeviç 60-cı illərdə Riqa Kinostudiyasında aktyor kimi işləyib, daha sonra Latviya, Litva, Estoniya və “Mosfilm”dəki kinostudiyalarda da çalışıb. O, əfsanəvi “Baharın on yeddi anı” filmindəki Gestapo agenti olan Klaus rolu ilə şöhrət qazanıb. Sənətçi həmçinin “Güclü ruhda”, “Müqəddəs Luka”nın qayıdışı”, “Qırmızı kapella”, “Vaterloo”, “Qardemarinı, irəli!”, “Vivat, qardemarin!” və digər filmlərdə də rol alıb. Ümumilikdə, onun filmoqrafiyasına 45-dən çox film daxildir.

