16 C
Bakı
29 Oktyabr 2026 17:02
GündəmSiyasət

Hüquq müdafiəçisi Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hüquq müdafiəçisi Rüfət Səfərova hökm oxunub.

Məhkəmənin qərarına əsasən, Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Rüfət Səfərov öncəki məhkəmələrində həbsinin siyasi sifariş olduğunu deyib. O bildirib ki, 2024-cü ildə ABŞ Dövlət Departamentinin təqdim etdiyi hüquq müdafiəçisi mükafatına əsas namizədlərdən biri olduqdan sonra ona qarşı təzyiqlər güclənib. Səfərovun sözlərinə görə, mükafatdan imtina etməsi tələb olunsa da, o bunu qəbul etməyib və hüquq müdafiəsi fəaliyyətini davam etdirəcəyini bəyan edib.

Rüfət Səfərov bundan əvvəl, 2015-ci ildə Zərdab Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışarkən sistemdə işləmək istəmədiyini açıqlayan bəyanat vermiş, daha sonra korrupsiya ittihamı ilə həbs olunmuşdu.

Həmin iş üzrə ona 9 il həbs cəzası verilmişdi. O, 2019-cu ilin mart ayında isə azadlığa buraxılmışdı. (Hamam Times)

 

Tacxeber.com

Oxşar xəbərlər

İsraildəki seçkilər: Netanyahunun ehtimal gedişləri. Ərəb seçicisini uğuru

redaktor

Dövlətin suverenliyinə təhlükə: kiçiklik sindromunun daşıyıcıları

redaktor

Təhsilin acı mənzərəsi: Emin Əmrullayev Prezidentə məruzə olunmalıdır

redaktor