16 C
Bakı
30 Oktyabr 2026 06:31
DünyaSiyasət

Bu, gözlənilməz və müsbət bəyanatdır…

Rusiya xarici işlər naziri Sergey Lavrov ölkənin Ukrayna ilə dürüstlük və xoşməramlılıq əsasda danışıqlar aparmağa hazır olduğunu bildirib. O, İstanbulda keçirilən əvvəl danışıqları xatırladıb orada prinsipal razılığa gəlmələrini, ancaq Qərb gücləri tərəfindən bu işin pozulduğunu bildirib.

Lavrov Prezident Putinin ABŞ-ın təklifini qəbul etdiyi Alyaskadakı danışıqlarla bağlı nikbinliyini ifadə edib. Lakin Qərbin, xüsusən də Ukraynaya strateji dəstək və uzaqmənzilli ballistik raketlər təmin etmək barədə son razılaşma narahatlığı ilə deyib ki bu, diplomatiya imkanlarını sarsıdar.

Demək, Putin, Kreml Ukrayna ilə birbaş ikilikdə danışıqlara axır ki, hazırdır. Ötən 4 il yarım vaxt Kreml Ukraynanı qeyri-dövlət, Putin Zelenskini qeyri-legitim prezident adlandırıb, danışıqların yalnız vasitəçi dövlətlər vasitəsilə aparılmasını sərt təkid edirdi. Zaman dəyişdi, Rusiya zəiflədi Ukrayna gücləndi və Putin artıq sülh istəyir özü də Zelenski ilə oturub danışıqlar aparmaq kimi.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Ankara sammitinə getmədi

redaktor

Türk ailəsində bu qədər küsülü qalmaq olarmı?

redaktor

Avropada İranın dini-siyasi təsir şəbəkələri – V hissə

redaktor