DünyaSiyasət

Paşinyan: “Təsəvvür edin: biz Azərbaycana gedirik”

Ermənistanın Baş naziri Nikol Paşinyan dəmir yollarının, avtomobil yollarının və elektrik xətlərinin gələcək regional infrastrukturun əsas elementləri olacağını bildirib.

Onun sözlərinə görə, bu üç sahənin həyata keçirilməsi qaçılmazdır və regionda uzunmüddətli sülhün təməlidir. “Mən üç şeyin baş verəcəyini dəqiq bilirəm: dəmir yolu, avtomobil yolu və elektrik xətləri. Mən bu üç şeyə 100% əminəm”, – deyə o vurğulayıb.

Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında insanların, nəqliyyat vasitələrinin və malların sərbəst hərəkəti sülhün bərqərar olmasının praktik təsdiqi olacaq.

“Təsəvvür edin: biz Azərbaycana gedib geri qayıdırıq, Azərbaycan Ermənistan ərazisindən keçir və geri qayıdır, qatarlar keçir – bu, sülhdür”, – deyə Baş nazir bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Brics-də Rusiya və İrana dəstək verilmədi

redaktor

Əvvəlcə 100 inək qarşılığında Melonini istədi, indi isə Türkiyəni hədələyir

redaktor

Husilər yeni ərazilər ələ keçirir: Yəməndə cəbhələr yenidən qızışıb

redaktor