23.6 C
Bakı
11 İyun 2026 23:51
DünyaSiyasət

Paşinyan: “Təsəvvür edin: biz Azərbaycana gedirik”

Ermənistanın Baş naziri Nikol Paşinyan dəmir yollarının, avtomobil yollarının və elektrik xətlərinin gələcək regional infrastrukturun əsas elementləri olacağını bildirib.

Onun sözlərinə görə, bu üç sahənin həyata keçirilməsi qaçılmazdır və regionda uzunmüddətli sülhün təməlidir. “Mən üç şeyin baş verəcəyini dəqiq bilirəm: dəmir yolu, avtomobil yolu və elektrik xətləri. Mən bu üç şeyə 100% əminəm”, – deyə o vurğulayıb.

Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında insanların, nəqliyyat vasitələrinin və malların sərbəst hərəkəti sülhün bərqərar olmasının praktik təsdiqi olacaq.

“Təsəvvür edin: biz Azərbaycana gedib geri qayıdırıq, Azərbaycan Ermənistan ərazisindən keçir və geri qayıdır, qatarlar keçir – bu, sülhdür”, – deyə Baş nazir bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Kremldən Mahaçqala hadisələrinə ilk reaksiya: Qərb Rusiyanı parçalamaq istəyir?

admin

Ərdoğan: “Ey yunan, sən sakit durduqca səninlə işimiz yoxdur” – VİDEO

redaktor

ABŞ Hikmət Mirzəyevi bu generalla səhv salıb? – İnanılmaz iddia

redaktor