31.9 C
Bakı
26 İyul 2026 23:45
DünyaİdmanQalmaqal

İrana ayrılan azarkeş biletləri ləğv edildi – DÇ-2026-da QALMAQAL

DÇ-2026-nın başlamasına iki gün qalmış İran millisinin azarkeşləri üçün ayrılmış bilet kvotası ləğv edilib.

Bu barədə İran Futbol Federasiyası (İFF) açıqlama yayıb.

İran tərəfi bildirib ki, bir çox azarkeş rəsmi prosedurlara əsaslanaraq ABŞ-a səfər planlarını artıq hazırlasa da, komandanın oyunlarına bilet əldə etmək imkanından məhrum olub.

İFF-in bəyanatında qeyd olunub ki, iştirakçı ölkələrin federasiyalarına adətən hər oyun üçün ayrılan bilet kvotası gözlənilmədən geri götürülüb. İran tərəfi bunu beynəlxalq yarışların ruhuna və iştirakçı ölkələr arasında bərabərlik prinsipinə zidd addım kimi qiymətləndirib.

İFF qərarın kim tərəfindən verildiyini açıqlamayıb, lakin FİFA-nı məsələyə müdaxilə etməyə və neytrallıq prinsiplərinə əməl olunmasını təmin etməyə çağırıb. FİFA isə hələlik rəsmi mövqe bildirməyib.

Qeyd edək ki, İran millisi dünya çempionatının G qrupunda Belçika, Misir və Yeni Zellandiya ilə qarşılaşacaq. Komandanın qrup mərhələsindəki bütün oyunları ABŞ-da keçiriləcək. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Allah İrana nə deyir?

redaktor

Tramp 3-cü dəfə prezident ola bilərmi? ABŞ Konstitusiyası nə deyir?

redaktor

Xəzərdə yeni gərginlik: İran Ukraynaya sərt etiraz etdi

redaktor