Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan hakimiyyətinin parlament seçkilərindən sonrakı hərəkətlərini sərt tənqid edib.
Zaxarovanın sözlərinə görə, Ermənistan hakimiyyətinin təzyiqi əsasən Rusiya ilə müttəfiqlik münasibətlərinin qorunması və möhkəmləndirilməsi tərəfdarı olan siyasi qüvvələrə qarşı yönəlib.
O qeyd edib ki, təqiblər təkcə müxalifət partiyalarına deyil, həm də ənənəvi olaraq Ermənistan cəmiyyətində yüksək nüfuza malik olan Erməni Apostol Kilsəsinə də təsir edib. Moskva bu cür hərəkətləri demokratik norma və prosedurların pozulması hesab edir.
Zaxarova bildirib ki, hazırkı Ermənistan administrasiyasına xas olan şəkildə təqiblər yalnız respublikanın Rusiya ilə həyati əhəmiyyətli bir ittifaqının möhkəmləndirilməsini, Ermənistanın Avrasiya inteqrasiyasında, o cümlədən AİB və KTMT-yə üzvlüyündə iştirakını və ölkəmizə qarşı düşmənçilik xətti yürüdən Avropa İttifaqına qoşulmaq kimi çıxılmaz kursun rədd edilməsini müdafiə edən siyasi qüvvələrə yönəlib.
