20.2 C
Bakı
03 İyun 2026 21:59
DünyaSiyasət

Rusları qorxu bürüyüb

“Çarqrad” Fondunun və eyni adlı internet resursun təsisçisi Konstantin Malofeyev Aleksandr Duqinlə birlikdə Peterburq Beynəlxalq İqtisadi Forumunda “21-ci əsrin ikinci rübündə Rusiyaya əsas təhdidlər” adlı məruzə ilə çıxış edib.

Bir qrup ekspert tərəfindən hazırlanmış məruzədə Rusiyanın müharibədə məğlubiyyət, parçalanma, xarici nəzarət, mədəni kodun dəyişdirilməsi, inqilab, sui-qəsd, ictimai deqradasiya, köçkün miqrasiyası, yerli əhalinin məhv olması, maliyyə suverenliyinin itirilməsi, təchizat zəncirlərinin pozulması, resurslar üzərində nəzarətin itirilməsi, kritik xarici asılılıq daxil olmaqla 15 təhdidlə üz-üzə olduğu qeyd edilir.

Məruzədə qeyd olunur ki, Rusiya müharibədə qalib gəlməsə müstəmləkəçiliklə üzləşərək, Amerika-Çin hegemoniyası altına düşəcək. Bu aqibətdən yayınmaq üçün nüvə silahından istifadə etməklə Kiyev, Odessa və Xarkovun ilhaq edilməsi, Avropa İttifaqının dağılması və Rusiyanın qlobal təhlükəsizlikdə mütləq lider kimi ortaya çıxmasının təmin edilməsi təklif olunur.
Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulyev Telegram kanalında cəbhədə vəziyyətin çox ağır olduğundan bəhs edərək yazıb: “Düşmən sözün əsl mənasında cəbhə xəttini və arxa cəbhəni dronlarla nəzarətə götürüb.

Əsgər gizləndiyi yerdən çıxan kimi və ya nəqliyyat vasitəsi hərəkət edən kimi dərhal FPV dronu onun üzərinə hücum edir. Kimsə köhnə metodlar və gözəl hesabatlarla bu texnoloji qətliamı qazana biləcəyimizi düşünürsə, çəhrayı eynəklərini çıxarsın.”
Deputat Qurulyev hakimiyyət dəhlizlərində genişmiqyaslı səfərbərliyə ehtiyac barədə fəal söhbətlər getdiyini və bu məsələ ilə bağlı fundamental qərarın artıq verildiyini, payızda səfərbərlik keçiriləcəyini qeyd edərək yazır: “Cəbhədə insanlara ehtiyac var, amma dürüst olaq: əgər biz indi düşmən dronları ilə bağlı problemi həll etmədən adamları cəbhə xəttinə göndərsək, bu, heç bir irəliləyişə səbəb olmayacaq. Sadəcə itkilərin qat-qat artdığını görəcəyik.”

Deputat Qurulyev Telegram hesabının oğurlandığını, mesajların düşmənlər tərəfindən yayıldığını iddia etsə də, ekspertlər əminliklə bildirirlər, general-deputatın bundan öncəki paylaşımları ilə qalmaqallı paylaşımını ekpertizadan keçirəndə hamısının eyni şəxs tərəfindən yazıldığı məlum olur. Aydın məsələdir ki, deputat təhdid edilib və əvvəlki fikirlərindən imtina etmək məcburiyyətində qalıb.
Konstantin Malofeyevin Aleksandr Duqinlə birlikdə Peterburq Beynəlxalq İqtisadi Forumunda təqdim etdikləri məruzə, deputat Andrey Qurulyevin paylaşımı göstərir ki, rusları qorxu bürüyüb.

Ruslar müharibədə qalib gələ bilməyəcəklərini, bunun nəticəsində Rusiyanın parçalanacağını və böyük dövlətlərin, ilk növbədə isə Çinin əsarətinə düşəcəklərini anlamağa başlayıblar. Bu aqibətdən yayınmağın yeganə yolunu isə Karaqanov kimi nüvə müharibəsində görürlər. Belə görünür ki, dünyada ən nəhəng silah arsenalına malik olmalarına baxmayaraq 51 aydan artıq davam müharibədə bu silahlarla heç bir üstünlük qazana bilməmələri ruslara dərs olmayıb.

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Polşada iş yerində telefonların enerji ilə doldurulmasına qadağa qoyuldu

redaktor

“Korrupsiyanın Hallalığı”

redaktor

Liz Trass Böyük Britaniyanın yeni Baş naziri seçilib

redaktor