18.7 C
Bakı
03 İyun 2026 10:37
DünyaSiyasət

Putinin seçki vəkilinin qızı Ukraynaya dəstəyə görə 6 il həbs cəzası aldı

Seçkilərdə Putinin vəkili olmuş şəxsin qızı Ukrayna Silahlı Qüvvələrinə ianə etməyə çağırdığına və müharibə əleyhinə mitinqdə iştirak etdiyinə görə qiyabi məhkum edildi

Kirov şəhər məhkəməsi 28 yaşlı Aleksandra Puqaçı “saxta məlumat yaymaq” və “dövlətin təhlükəsizliyinə qarşı çağırışlar etmək” ittihamları ilə qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edib.

Cinayət işinin açılmasına səbəb qızın Gürcüstanda keçirilən müharibə əleyhinə mitinqdə çıxışı olub. O, həmin çıxışında Ukraynaya yardım etməyə və Ukrayna Silahlı Qüvvələrinə (ZSU) ianələr göndərməyə çağırıb. Aleksandra özünün Instagram səhifəsində də Ukraynaya dəstək xarakterli paylaşımlar edir.

Aleksandra Puqaç Vyatka Dövlət Universitetinin rektoru, son prezident seçkilərində Kirov vilayətində Putinin vəkili olan Valentin Puqaçın qızıdır. Müharibə başlayandan sonra Aleksandra Gürcüstana köçüb və atası ilə əlaqəni kəsib.

“Perm 36,6” nəşrinə görə, Puqaç ailəsi əslən Ukraynadandır. Vyatka Dövlət Universitetinin rektorunun yaşlı anası Pokrovsk şəhərində yaşayırdı və başlayan müharibə üzündən 85 yaşında doğma şəhərindən qaçmağa məcbur olub.

 

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər

“Putin ərimə etdiklərinə görə cavab verəcək” – Yuliya Navalnayanın çıxışı ayaqüstə alqışlandı

redaktor

İlham Əliyev: “Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər”

redaktor

Ukraynaya silah göndərən şirkətin rəhbərinə qarşı sui-qəsd cəhdi olub

redaktor