20.3 C
Bakı
03 İyun 2026 12:20
DünyaSiyasət

Paşinyan Rusiyanı tənqid etdi: “Mənim üçün bu, problemdir”

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Ermənistanın kənd təsərrüfatı ixracına qoyduğu məhdudiyyətləri tənqid edərək bildirib ki, bu cür tədbirlər Avrasiya İqtisadi Birliyinə qarşı ictimai münasibətə mənfi təsir göstərir.

Ermənistan hökuməti başçısının sözlərinə görə, ayrı-ayrı şirkətlərdə fitosanitar problemlər yarana bilər, lakin ümumilikdə Ermənistanda kənd təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət sistemi effektivdir və təkmilləşməkdə davam edir.

“Hesab edirəm ki, bu addımlar səhvdir, çünki onlar insanları AİB-ə qarşı qaldırırlar. AİB-in yüksək vəzifəli rəsmisi kimi bu, mənim üçün problemdir. Amma biz bütün bu məsələləri həll edəcəyik”, – deyə Paşinyan vurğulayıb.

O, həmçinin yaranan fikir ayrılıqlarının həll olunacağına əminliyini ifadə edərək, Ermənistanın məhsullarının keyfiyyətini artırmaq və nəzarət mexanizmlərini inkişaf etdirmək üçün işlərini davam etdirdiyini qeyd etdi.

 

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyana bu ölkədə qızıl medal verdilər

redaktor

Medvedyevə tapşırıq: “İlin sonunadək 400 min hərbçi hazır et…”

admin

Blokada və əks-blokada: İran Trampın Hörmüz boğazındakı addımına necə cavab verə bilər?

redaktor