Rusiya Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin fəxri sədri, tarix elmləri doktoru Sergey Karaqanov “Rusiya yeni dünya müharibəsində necə qalib gələ bilər” məqaləsində yenə nüvə silahından istifadəyə çağırıb.
Son 35 ildə proqnozlarında səhv etmədiyini təkəbbürlə vurğulayan Karaqanov bildirir ki, Ukraynaya qarşı müharibədə natamam siyasət Rusiyanın dirçələn gücünü və ruhunu sarsıda bilər. Putinin 1-nömrəli politoloqu sayılan Karaqanov Rusiyanın təhlükəsizliyinin təmin edilməsinin əsas şərti kimi “Kiyev rejimi”nin məhv edilməsini tələb edir.
Karaqanov yalnız rusların və onların casus şəbəkəsinin inanacağı tərzdə nüvə silahlarından istifadənin qlobal nüvə müharibəsinə səbəb olacağı ilə bağlı fikirin yalnız Amerikaya sərf edən axmaq tezis adlandırır və Rusiya hakimiyyətini bu yanaşmadan əl çəkməyə çağırır.
Rusiyanın hərb meydanında Ukraynaya qalib gələ bilməyəcəyi məlum olduğu zamandan bəri Karaqanov dəfələrlə nüvə silahından istifadəyə çağırıb.
Onun ilk çağrışından sonra A.Adamişin, A. Arbatov, N. Arbatova, A. Belkin, G.Bovt, V. Borovik-Xilçevskaya, A.Vısotski, A. Qolts və başqalarının imzası ilə yayılan Rusiya Xarici və Müdafiə Siyasəti Şurasının bir qrup üzvünün cavab məktubunda xəbərdarlıq edilirdi ki, nüvə müharibəsindən sonra rus xalqı Cənubun sağ qalan xalqlarının təzyiqi altında suverenliyini itirmək perspektivi ilə üzləşəcək.
Bir xalqın suverinliyini itirməsinin nə demək olduğunu tarix elmləri doktoru olan Karaqanov yaxşı bilir.
Həmin xəbərdarlığın edildiyi tarixdən düz üç il ötür. Bu müddətdə Karaqanov nəyinki nüvə isterikasından əl çəkməyib, əksinə köhnə təklifini əsaslandırmaq üçün yeni səbəblər uydurmağa davam edir. Yalnız bu ilin əvvəlindən bəri Karaqanov bir neçə dəfə nüvə zərbəsinin zəruriliyini əsaslandıran fikirlər səsləndirib.
Bunun isə yalnız bir izahı var: Karaqanov hərb meydanında baş verənlərin Rusiyanın gücünü və ruhunu sarsıdacağını anlayıb. Karaqanovun bu qorxusu isə əsassız deyil.
Rusiyanın dövlət radiosu olan “Radio Rossii”nın aparıcısı Krill Fyodorov hesab edir ki, yalnız Çin və ABŞ ordusu Ukrayna ordusu ilə müqayisə oluna bilər. Fyodorov bildirir ki, Belarus müharibəyə qoşulsa Ukrayna Silahlı Qüvvələri Lukaşenkonu əzəcək.
Ukrayna ordusunun gücünü etiraf edən isə yalnız Fyodorov deyil. ABŞ-ın dövlət katibi Marko Rubio NBC News-ə müsahibəsində Ukrayna Silahlı Qüvvələrini bütün Avropada ən güclü ordu adlandırıb.
Ukrayna Silahlı Qüvvələrinin gücünün etirafı yalnız sözdən ibarət deyil. Ukrayna Silahlı Qüvvələri Avropanın təhlükəsizlik arxetikturanın əvəz edilməz sütununa çevrilməklə yanaşı, Cənubi Qafqazdan Yaxın Şərqə qədər geniş bir çoğrafiyada ciddi rol oynamağa başlayıb.
Rusiyanın sarsıla biləcəyi qorxusu Karaqanovla yanaşı Kremlin casus şəbəkəsini də bürüyüb. Sosial şəbəkələrin Azərbaycan seqmentinə baxanda, bu çox aydın görünür.

