24.5 C
Bakı
09 İyun 2026 16:16
DünyaSiyasət

CHP-də böyük savaş: Ərdoğanın planı və daxili qiyam

Ərdoğanın deyəsən CHP-ni cib müxalifətinə çevirmək sevdası baş tutmur.
Böyük xalq etirazlarının qarşısında geri addım atılır.

Özgür Özelin sabaha parlamentdə təyin etdiyi qrup toplantısının qarşını ala bilmədilər.
Bugün Türkiyə Böyük Millət Məclisinin sədri deyib ki, əgər CHPli deputatlar qrup toplantısı keçirirsə, biz buna nəsə deyə bilmərik.

İki gün əvvəl Kamal Kılıcdaroğlu demişdi ki, qrup toplantısının vaxtını o müəyyən edəcək.
Bu arada CHP-nin qurultayı üçün Türkiyənin dörd bir yanından imzalar  toplanır.

Özgür Özəl deyir ki, vaxtilə ona müxalif olanlar ilk imza verənlərdən olub.
Çünki Kılıcdaroğlunu Ərdoğan CHP-ye geri göndərib.

İmamoğlu da həbsdən mesaj yollayıb:
Kılıcdaroğlu Ərdoğanın sözüylə oturub-durur.
Kılıcdaroğlu bu projeyə girənə qədər çox hörmətli idi. Son seçkidə kiçik faiz hesabıyla Ərdoğana uduzmuşdu.

Mənə maraqlı isə budur:
Onu hər zaman təhqir edən,  “Bay Kamal, bay-bay” deyən adama özünü niyə satdı?

 

Pərviz Həşimli

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya ordusu tərəfindən naməlum istiqamətə aparılan 200 nəfərin arasında azərbaycanlılar da var? – AÇIQLAMA

redaktor

Ukrayna ordusu Soçi aeroportunun yanacaq anbarını vurdu – Ukrayna Baş Qərargahı

redaktor

Rusiya müsəlmanlar üçün ən vacib kitabı QADAĞAN ETDİ – Kadırov QƏZƏBLƏNDİ

admin