20.8 C
Bakı
04 İyun 2026 11:01
İdman

Azərbaycan millisi 1/4 finalda – Avropa çempionatı

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gecə növbəti oyununa çıxıb.

Elşad Quliyevin komandası 1/8 finalda Qazaxıstanla üz-üzə gəlib. “Tipos Arena”dakı qarşılaşma Azərbaycan millisinin 3:2 hesablı qələbəsi ilə bitib. Komandanın qollarına Rəvan Kərimov, İsa Atayev və Məhəmməd Xəlilov imza atıblar.

Azərbaycan yığması 1/4 finalda Çexiya ilə qarşılaşacaq. Çexlər 1/8 finalda Monteneqronu 2:0 hesabı ilə məğlub ediblər.

Xatırladaq ki, Azərbaycan millisi F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransaya (3:2) qalib gəlmişdi. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Bu dəqiqə məni millidəki gələcək taleyim maraqlandırmır” – De Byazi

admin

Pul futbol oynamır…

redaktor

“Qarabağ” Bolqarıstanda çətin “Ludoqorets” səfərində

admin