24.5 C
Bakı
09 İyun 2026 15:49
CəmiyyətGündəm

“Çörəkverən kişilər”

Qəribə dövran yaşanır, vətən Azərbaycanda. 1000 nəfərin çörəyini kəsib, 10 nəfərə çörək verən, o 10 nəfərə şərt qoyur ki, 1000 nəfərin qulağını ardıcıl dəng edib beyinlərinə salsınlar ki, “kişi” çörəkverəndir! O, 10 nəfər çörəkli isə, başlayır o 1000 nəfər çörəksiz qalanın beynini “çörəkverən kişi” adı ilə doldurmağa. Və bu ad da o, çörəksiz qalmışların dolmuş beynindən dilinə düşür. Oradan da “kişinin” adı el-obaya, xalqa yayılır. Və nəticədə, qarnı ac-tox, çörəkli- çörəksız qalmış fərq etmir, hamı o kişini artıq “çörəkverən kişi” adlandırır. Və sual qalır ki: 21- ci əsrdə 19-cu əsrin Danabaş kəndi əhvalatları, Xudayar bəylərin sindromu yaşanmırmı bizdə?

P. S.
Və bu, “Çörəkverənlər” metodları və xasiyyətləri, dünyagörüş, davranışları ilə bir-birinə oxşayırlar.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Siyasi məhbus Bəhruz Səmədov həbsxanada müddətsiz aclıq edir

admin

Burada Van Qoqun rəsminə baxıb rahatlıq tapan yox, kommunal borca baxıb stressə düşən insanlar yaşayır.

redaktor

Fernandu Santuş millimizin heyətini açıqladı .

admin