Dünya

Yaşasın Cümhuriyyət!

Bu gün 28 maydır.

İstiqlaliyyət Bəyannaməsinin qəbul edildiyi 4 iyul 1776-cı il ABŞ və amerikalılar üçün hansı əməiyyətə malikdirsə, 28 may da Azərbaycan üçün eyni əhəmiyyətə malikdir. 4 iyul 1776-cı il yeni bir dövlətin və siyasi millətin yaranış günü olduğu kimi, 28 may da yeni bir dövlətin və siyasi millətin yarandığı gündür.

Böyük Fransa İnqilabının başlanğacı olan Bastiliyanın alındığı 14 iyul 1789-cü il bəşəriyyətin tarixində hansı əhəmiyyətə malikdirsə, Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı 28 may 1918-ci il müsəlman aləminin tarixində eyni əhəmiyyətə malikdir.

28 may 1918-ci ilin hədəfi Qərb dövlətlərinə bənzər bir Azərbaycan idi. 28 may böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin müəyyən etdiyi yolunun fikirdən əmələ çevrildiyi gündür.

Türkiyənin aparıcı araşdırma şirkətlərindən olan KONDA-nın rəhbəri Aydın Erdem apardıqları araşdırmalara istinad edərək deyir ki, türk gəncliyinin yalnız 5 beş faizi Türkiyənin Səudiyyə Ərəbistanı kimi müsəlman ölkələrinə bənzəməsini istəyir. Türk gəncliyinin 95 faizi Türkiyənin Qərb ölkələrinə, Norveçə bənzəməsini istəyir. Bu 28 may 1918-ci ilin qələbəsidir.
Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqu və qurucusu Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Cümhuriyyət qurucularının və şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla anıram!
Yaşasın 28 may!
Yaşasın Cümhuriyyət!

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Putin barədə həbs qərarı qüvvədə qalacaq – Sülh razılaşması əldə edilsə belə

redaktor

Tramp Ukrayna sülh danışıqlarını Putin yox, Zelenskinin təxirə saldığını bildirib.

redaktor

Yəmən də müharibəyə qoşulur – General elan etdi

redaktor