DünyaGündəmHadisə

İsrail İraq səhrasında 2 hərbi baza qurub amma İraq hökümətinin bundan xəbəri olmayıb

Bu fotoşəkil 2 həftə əvvəl İraqın Nəcəf səhrasında çəkilib.

Maşın iraqlı çoban Əvvəd əl Şəmmariyə aid olub və o 3 mart tarixində səhrada yad əsgərlər gördüyünü dövlət qurumlarına bildirib.

Sadəcə bir neçə gün sonra da maşını bombalanıb və yanmış bədəni tapılıb.

“New York Times” və “Wall Street Journal”ın aşkarladığı faktlara görə, İsrail dövləti keçən ilin yayından bu yaxınlara qədər İraq səhralarında 2 hərbi baza qurub və buradan İrana qarşı hücumları idarə edib.

İraqın 2003-cü ildən bəri hava müdafiə radarlarının mütləq əksəriyyəti ABŞ nəzarətində olduğuna görə dövlət də bundan heç vaxt xəbərdar olmayıb.

Öldürülən Əvvədin verdiyi xəbərdən sonra İraq ordusu bir qrup əsgəri səhranı yoxlamağa göndərib. Baş verən atışmada 1 əsgər öldürülüb, 2-si yaralanıb.

Varlığı artıq aşkarlanmış bazalardan 1-nin yeri bilinir, amma digərinin harada qurulduğu, hələ də fəaliyyət göstərib-göstərmədiyi barədə dəqiq məlumat yoxdur.

 

Rüstəm İsmayılbəyli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Rumıniyalı könüllülər Ukraynada Rusiya ordusuna qarşı döyüşür”

redaktor

Təbrik. Macar xalqı qalib gəldi. Putin isə, növbəti dəfə uduzdu

redaktor

“İmamoğlu işi”ndə ŞOK: 40 milyonla qaçarkən yaxalandı

redaktor