CəmiyyətŞou

Gülüstan Əliyevadan deputata etiraz: “Qadının ən birinci vəzifəsi arvad olmaqdır…”

“Qadının ən birinci vəzifəsi arvad olmaqdır. Hər qadın getdiyi evdə, ocaqda arvad ola bilmir. İndiki “intelligent”lər guya “arvad” sözünü bəyənmirlər, çox şərəfli, layiqli sözdür. Ər evində arvad ola bilənə “arvad” deyirlər. Bu, leksikonumuzda çox gözəl bir ifadədir. “Arvad” sözünü düzgün, yerində işlətmirlərsə, bu, işlədə bilməyənlərin günahıdır”.

Tacxeber.com xəbər verir  ki, bu sözləri Pravda.az-a Əməkdar artist Gülüstan Əliyeva Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun “arvad” sözünü leksikondan çıxarmaq barədə təklifinə münasibət bildirərkən deyib.

G.Əliyeva vurğulayıb ki, Azərbaycan dilində, Azərbaycan ailəsində “arvad” çox hörmətli və dəyərli şəxsdir: “Ailənin başında duran, onu idarə edən, yəni arvad ola bilən. Bu söz “avand” sözündəndir, yəni evi avand, abad, evi ev, kişini ər edən, uşaqlarına analıq edən… Buna görə də “arvad” sözü çox urvatlı sözdür. Başa düşməyənlər hərəsi bir don geyindirir, amma belə deyil. Leksikonumuzda da həmişə olmalı, ola biləcək bir sözdür”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

admin

İcbari sığortada mühüm dəyişiklik: tələbələr və əlilliyi olmayanlar da ödəniş alacaq

redaktor

Şimali Koreya variantına doğru daha bir addım

redaktor