22 C
Bakı
09 İyun 2026 10:45
CəmiyyətŞou

Gülüstan Əliyevadan deputata etiraz: “Qadının ən birinci vəzifəsi arvad olmaqdır…”

“Qadının ən birinci vəzifəsi arvad olmaqdır. Hər qadın getdiyi evdə, ocaqda arvad ola bilmir. İndiki “intelligent”lər guya “arvad” sözünü bəyənmirlər, çox şərəfli, layiqli sözdür. Ər evində arvad ola bilənə “arvad” deyirlər. Bu, leksikonumuzda çox gözəl bir ifadədir. “Arvad” sözünü düzgün, yerində işlətmirlərsə, bu, işlədə bilməyənlərin günahıdır”.

Tacxeber.com xəbər verir  ki, bu sözləri Pravda.az-a Əməkdar artist Gülüstan Əliyeva Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun “arvad” sözünü leksikondan çıxarmaq barədə təklifinə münasibət bildirərkən deyib.

G.Əliyeva vurğulayıb ki, Azərbaycan dilində, Azərbaycan ailəsində “arvad” çox hörmətli və dəyərli şəxsdir: “Ailənin başında duran, onu idarə edən, yəni arvad ola bilən. Bu söz “avand” sözündəndir, yəni evi avand, abad, evi ev, kişini ər edən, uşaqlarına analıq edən… Buna görə də “arvad” sözü çox urvatlı sözdür. Başa düşməyənlər hərəsi bir don geyindirir, amma belə deyil. Leksikonumuzda da həmişə olmalı, ola biləcək bir sözdür”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Qastroskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır

redaktor

“Qiymətlər istəyir 10 dəfə bahalaşsın, ruzini verən Allahdır” – Tahir İmanov

redaktor

İran “ipli kukla”sının dili ilə nə demək istəyir? – Zöhrəvəndin “avqust sayıqlamaları”na sözardı

redaktor