26.3 C
Bakı
11 İyul 2026 11:08
Cəmiyyət

“Arvad” sözü Konstitusiyada dəyişdirilsin…

Deputat Bəhruz Məhərrəmov maraqlı məsələni gündəmə gətirib.

“Biz qanunvericilikdə qadını hələ də “arvad” adlandırırıq. Ola bilsin ki, nə zamansa bu, qəbul edilən ifadə olub, amma dil inkişafdadır, münasibətlərin inkişafı, təbii ki, semantikanın da transformasiyası deməkdir. Açıq deyək, bu gün heç bir xanım ona qeyd etdiyim bu ifadə ilə müraciət edilməsini arzulamaz”.

Deputat təklif edib ki, Ailə Məcəlləsi başda olmaqla, bütövlükdə qanunvericilikdə, o cümlədən gələcəkdə Konstitusiyada aidiyyatı dəyişikliyin aparılması yaxşı olar:

“Azərbaycan cəmiyyətində kişi və qadın institutları tam mənada oturuşub, “həyat yoldaşı” anlayışı formatında həm kişinin, həm qadının ailədə rolu çox aydın formada müəyyən edilib. Bizim bütün fəaliyyətimiz özünü doğrultmuş milli ailə institutunun qorunmasına yönəlməlidir və Azərbaycanın ailə dəyərlərini əlahiddə “kişiləşmiş qadın” obrazı, yaxud milli kimlikdən tam mənada uzaq salınmış “kişi” obrazı ilə zənginləşdirməyə ehtiyac yoxdur”.

 

Günay Rəsulqızı

Tacxeber.com

Oxşar xəbərlər

İcbari sığortada mühüm dəyişiklik: tələbələr və əlilliyi olmayanlar da ödəniş alacaq

redaktor

Şimali Koreya variantına doğru daha bir addım

redaktor

Cəmil Həsənli İran səfirliyinə niyə dəvət edilib?

admin