27.5 C
Bakı
09 İyul 2026 16:08
DünyaGündəmSiyasət

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın son açıqlaması xarici ölkələrə şantaj xarakterlidir

Rusiyanın Kiyevə raket zərbələrini davam etdirəcəyini söyləyən Zaxarova Ukrayna paytaxtında fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəliklərini və səfirliklərini xəbərdar edib.

Yəni Kreml müxtəlif ölkələrə mesaj göndərib ki, Kiyevdəki səfirliklərinizin fəaliyyətini dayandırmasaz günahı özünüzdə axtarın, mərmilər səfirliklərə və dilpomatlara da tuş gələcək. Yəqin Kremlə notalardan da bezib. Kiyevdə binası raket zərbələrindən ən çox zərər görən səfirlik Azərbaycana məxsusdur.

Ukraynadakı keçmiş səfirimizi çıxmaq şərtilə müharibənin ilk illərindəki ağır günlərdə belə səfirliyimiz fəaliyyətini dayandırmayıb. Kremlə Kiyevdəki səfirliklərin koordinatları verilib. Moskva bu koordinatlarla hesalaşmır.

Rusiya qoşunları 2022-ci ildə Kiyevə desant töküb Ukrayna paytaxtını işğal etmək istədikdə, tanklar şəhərə yaxınlaşanda xarici ölkə səfirlikləri fəaliyyətlərini dayandırmasalar da, indi niyə səfirlikləri qapatmalıdırlar?

Əlbəttə, hər bir ölkə xarici ölkələrdə fəaliyyət göstərən diplomatlarının təhlükəsizliyini düşünməlidir, ancaq Moksva istəyir deyə Kiyevdə səfirliyi qapatmaq Rusiya qarşısında geri çəkilmək anlamı daşıyacaq.

 

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

108 ilin sualı: Azərbaycan hansı dövlət modelində daha çox inkişaf etdi?

redaktor

NATO-nun Ankara sammitinin nəticələri: Alyans ikiyə bölünmə mərhələsinə qədəm qoydu

redaktor

ABŞ İrana qarşı genişmiqyaslı hava hücumu həyata keçirib, çoxlu sayda insan ölüb və yaralanıb

redaktor