Fələstin Muxtariyyəti BMT Baş Assambleyasının sədr müavini vəzifəsinə BMT-dəki daimi müşahidəçisi Riyad Mansurun namizədliyini irəli sürüb.
BMT-nin daxili prosedurlarına əsasən, namizədlik birbaşa fərdin təmsil etdiyi dövlət və ya subyekt tərəfindən irəli sürülür və daha sonra regional qruplar (bu halda Asiya-Sakit Okean regional qrupu) daxilində razılaşdırılaraq, Baş Assambleyaya təqdim olunur.
ABŞ və İsrail indidən əl-ayağa düşüblər. Ənənəvi olaraq, onların nəzarət etdikləri orqana birgə soyqırıma məruz qoyduqları xalqın nümayəndəsinin seçilməsi yolverilməzdir! ABŞ Qəzzada törədilən vəhşiliklər fonunda fələstinlinin seçilmə şansının böyük olmasından qorxur.
Reuters agentliyinin məlumatına görə, rəsmi Vaşinqton Riyad Mansurun namizədliyini geri götürülməsi üçün Fələstin rəhbərliyinə ciddi təzyiq göstərir. ABŞ Dövlət Departamenti Fələstin nümayəndə heyətinə rəsmi məktub göndərərək xəbərdarlıq edib ki, əgər Mənsurun namizədliyi geri götürülməsə, Nyu-Yorkdakı Fələstin missiyasında çalışan diplomatların vizaları ləğv edilə bilər. Dövlət Departamenti hesab edir ki, Mansurun seçilməsi ABŞ prezidentinin Fələstin-İsrail münaqişəsinin həlli planına təhdid yaradır.
Riyad Mənsur bundan əvvəl BMT Baş Assambleyasının sədri postuna iddialı olsa da, ABŞ-ın təzyiqləri nəticəsində namizədliyini geri götürmüşdü. O vaxt ABŞ bu vəzifəyə Almaniyanın sabiq xarici işlər naziri və qlobalistlərin beyinsiz kuklası Annalena Berboku “təyin etdi”. İndi ABŞ Mənsurun sədr müavini vəzifəsinə də seçilməsinə qarşı çıxır; çünki sədr müavini Baş Assambleyanın bəzi sessiyalarına birbaşa sədrlik etmək hüququna malikdir.
BMT-nin mənzil-qərargahı ABŞ-da yerləşdiyindən Vaşinqton təşkilatın fəaliyyətinə effektiv şəkildə nəzarət etmək, onun obyektlərinə kimin daxil ola biləcəyini və kimin daxil ola bilməyəcəyini müəyyən etmək imkanına malikdir. Xatırladıram ki, Dövlət Departamenti əvvəllər BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi olan və Beynəlxalq Cinayət Məhkəməsində ABŞ və İsrailə qarşı cinayət işi başlatmağa cəhd edən İtaliya nümayəndəsi Françeska Albanesenin ABŞ-a girişini qadağan etmişdi.
Əsl demokratiya belə olure, hörmətli liberallar.
