DünyaSiyasət

Rusiya Ermənistanı Avrasiya İttifaqından qovmaqla hədələyir

Rusiya Ermənistanı əldən verçəmək üçün bütük kartları işə salıb. 3 milyarder – Karapetyan (5 milayrd), Koçaryan (3 milyard), Tsaurkyan (1 milyard dollar) Paşinyana qarşı birləşib, seçkini udmağa on milyonlarla dollar xərclənir.

Bu gün isə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk əsas kartlardan birini açdı.
O, bildirib ki, mayın 29-da Astanada keçiriləcək Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammitində Ermənistanın təşkilatdakı statusu məsələsi müzakirə olunacaq:
“Moskva Ermənistanın Aİİ-ni tərk etməsini istəmir, lakin İrəvanın Avropa İttifaqı ilə yaxınlaşmasının yaratdığı problemləri də görür. Bu çox mürəkkəb məsələdir. Biz Ermənistanın Aİİ-dən çıxmasını istəmirik, amma Avropa İttifaqına qoşulmaq və ya həmin blokla münasibətləri dərinləşdirmək halında yaranacaq problemləri də görürük. Bu problemlər artıq faktiki olaraq ortaya çıxmağa başlayıb. Əgər Ermənistan seçimini Avropa İttifaqının xeyrinə edərsə, Moskvanın ciddi sualları yaranacaq. Əgər Ermənistan Rusiyaya qarşı qeyri-dost mövqedə olan dövlətlərə qoşulursa, biz niyə bunu öz büdcəmiz hesabına dəstəkləməliyik?”

Ermənistan tərəfi Avropa standartlarına keçdiyini bəyan edir, amma eyni zamanda Aİİ çərçivəsində əldə etdiyi güzəştlərdən istifadə etməyə davam edir.

Yaxşı olardı ki, Ermənistan tezliklə seçim etsin. Bu, həm Aİİ-dəki müttəfiqlərə, həm də Ermənistanın özünə qarşı dürüst yanaşma olar”.

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

Netanyahu Trampı Nobel sülh mükafatına namizəd göstərdi

redaktor

1 sentyabr 1983-cü il, Cənubi Koreyanın Korean Air Lines (KAL) şirkətinə məxsus, səhvən SSRİ ərazisinə girən sərnişin təyyarəsi sovet hərbçiləri tərəfindən vuruldu.

admin

ABŞ-ın dəniz piyadaları olan iki hərbi gəmisi Riqaya gəldi

admin