DünyaSiyasət

ABŞ dəhşətli kabusunun klonunu yaratdı

Bu ilin 28 fevralında İsrail-ABŞ cütlüyü tərəfindən İran rəhbərliyinə edilən xain hücum hər kəsə göstərdi ki, “etibar” sözü kollektiv Qərblə ünsiyyətdən birdəfəlik çıxarılmalı, əvəzinə “təhdid” sözü istifadə edilməlidir.

Cənubi Koreya kəşfiyyatının (NIS) məlumatına görə, KXDR rəhbərliyi belə də edib. 22 martda Pxenyanda keçirilən 15-ci Ali Xalq Məclisinin 1-ci sessiyasında ölkə konstitusiyasına xüsusi düzəliş qəbul edilib.

NIS iddia edir ki, dəyişdirilmiş konstitusiyaya əsasən, Kim Çen Inın və ya ölkənin ali rəhbərliyinin öldürülməsi halında KXDR avtomatik və dərhal nüvə zərbəsi endirəcək. Cavab zərbəsi C.Koreya, Yaponiya və ABŞ-da əvvəlcədən təyin olunmuş hədəflərə endiriləcək.

Qeyd etmək lazımdır ki, 2023-cü ildə KXDR konstitusiyasına “ABŞ ilə qarşıdurma şəraitində yaşama hüququnu təmin etmək və müharibənin qarşısını almaq üçün ölkənin nüvə silahlarının inkişafını intensivləşdirməyə yönəli ölkə siyasəti” barədə dəyişiklik etmişdi. O vaxtdan Koreya rəhbərliyi ölkəyə edilən hər hansı bir hücumun təcavüzkar üçün “fəlakətli nəticələrə” səbəb olacağını dəfələrlə vurğulayıb.

Lakin İran rəhbərliyinin məhv edilməsi üzrə Epşteyn cütlüyünün ildırımsürətli hücumu (49 yüksək vəzifəli hökumət və hərbi məmur öldürülmüşdü) göstərdi: amerikalılar inana bilərlər ki, KXDR rəhbərliyini bir anda məhv etməklə rejimi ləğv edə və bununla birlikdə özlərinə qarşı nüvə təhlükəsini aradan qaldıra bilərlər. Deməli, İran rəhbərliyinə qarşı terroru Ş.Koeyada da təkrarlaya bilərlər. Britaniyanın “The Telegraph” nəşrinin təbirincə desək, bu KXDR rəhbərliyi üçün “son zəng” oldu.

Ş.Koreya rəhbərliyinin öldürülməsi halında avtomatik zəmanətli nüvə zərbəsi endirəcək sistemin texniki detalları hələlik məlum deyil, lakin güman etmək olar ki, o SSRİ-nin, indi isə Rusiyanın “Perimetr” (və ya Qərb terminologiyasında “Ölü əl”) sistemi əsasında modelləşdiriləcək.

“Perimetr” avtomatik nüvə cavab zərbəsi sistemi bəşəriyyətə məlum olan ən gizli, mürəkkəb və qorxunc hərbi-texniki sistemlərdən biridir. Sovetlər onu Ronald Reyqanın Strateji Müdafiə Təşəbbüsünə (SMT) cavab olaraq yaratmışdılar. STM-ə görə ABŞ kosmik hücum və müdafiə peykləri (silahları) yaratmalı, onların sayəsində SSRİ-yə qabaqlayıcı nüvə zərbəsi endirməli, Sovetlərin salamat qalan raketlərinin əks-zərbələrini isə kosmik peyklərdən lazer silahları vasitəsilə zərərsizləşdirməli idilər. Bu həddindən baha layihə idi. SSRİ-nin analoji sistemləri hazırlamaq üçün maliyyə imkanları yox idi. ABŞ isə cəzasız qalacağına əmin olsaydı, SSRİ-yə mütləq nüvə zərbəsi endirəcəkdi.

Eyni zamanda ABŞ sualtı qayıqlarından atılan “Trident” nüvə raketlərinin dəqiqliyini kəskin şəkildə artırmış, həmçinin “Pershing II” qanadlı nüvə raketlərini Almaniyada yerləşdirməklə SSRİ-yə uçuş müddətini minimuma endirmişdi – 3 dəqiqədən də az (bu müddət qərar qəbul etmək və mövcud komandanlıq zənciri üzrə əmrləri ötürülmək üçün çox azdır). Amerikalılar bu nailiyyətlərini nümayişkaranə şəkildə tərifləməklə SSRİ-ni təhdid edirdilər.

Həmin şəraitdə SSRİ-nin yalnız bir seçimi qalmışdı: elə bir sistem yaratmaq lazımdır ki, düşmən hətta ən qorxunc yuxusunda da SSRİ-yə qabaqlayıcı, rəhbərliyi məhv edən, ölkəni başsız qoyan, təslim edə bilən nüvə zərbəsi endirmək haqqında düşünməsin.

1985-ci ildə SSRİ, komanda verəcək heç kim qalmasa belə, bütün qalan nüvə daşıyıcıları vasitəsilə Kollektiv Qərbdəki hədəflərə avtomatik zərbə endirilməsini təmin edən “Perimetr” sistemini işə saldı. Qərb mütəxəssislərinin fikrincə, daim modernləşdirilən “Perimetr” bu gün də mövcuddur. O xüsusi sensorlar və detektorlar şəbəkəsindən, dəfələrlə təkrarlanan idarəetmə sistemlərindən, yüksək təhlükəsiz raket buraxılış şaxtalarından və nüvə raketlərinin ibarətdir. İndi ona hipersəs “qisas mələkləri” də inteqrasiya edilib.

Qərb mənbələrinə görə, böhran halında Rusiya rəhbərliyi sistemi işə salır. Sistem şəraitin monitorinqinə başlayır və tamamilə müstəqil şəkildə fəaliyyət göstərir. “Qiyamət maşını”nın işə düşməsi üçün üç şərt yerinə yetirilməlidir:
1. Sensorlar Rusiyaya nüvə zərbəsi endirildiyini aşkarlamalıdır – spesifik seysmik dalğalar, nüvə partlayışlarına xas olan optik partlayışlar və radiasiyanın müəyyən səviyyəsi;
2. Komanda mərkəzlərinə bütün rabitə xətləri əlçatmaz olmalıdır – yəni xəttin digər ucundakı hər kəs ölüdür;
3. Müəyyən bir müddət ərzində “Dayan” əmri verilmir.

Bütün şərtlər yerinə yetirildikdə, radiasiyadan qorunan və güclü radioötürücülərlə təchiz olunmuş xüsusi komanda raketləri müvafiq buraxılış qurğularından avtomatik buraxılır. Onlar stratosferə qalxır və ölkənin yandırılmış ərazisi üzərindən uçaraq, salamat qalan bütün nüvə daşıyıcılarına kodlaşdırılmış siqnal göndərirlər. Nüvə raketləri, əvvəlcədən müəyyənləşdirilmiş proqramlarına uyğun olaraq, düşmən hədəflərinə zərbələr endirirlər və bu planet yaşamaq üçün yararsız hala gəlir.

Mütəxəssislər hesablayırlar ki, ABŞ-ı tamamilə məhv etmək üçün uzağı 200 müasir nüvə başlığı kifayətdir. Rusiyada isə 6300 nüvə başlığı var.

Qərb kəşfiyyatına görə, Şimali Koreyanın hazırda ~60 nüvə başlığı var və Pxenyan ildə 20 strateji raket istehsal edə bilir. Yaxın Şərq münaqişəsinin göstərdiyi kimi, ABŞ-ın hər HHM sisteminə qarşı onu keçə bilən raket və ya dron düzəltmək mümkündür, yəni Koreya 20-30 nüvə raketi ilə də ABŞ-ın bir hissəsini daş dövrünə qaytara bilər.

Necə deyərlər, döymə taxta qapımı, döyməyim dəmir qapını.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Hacı Şahinin “Canınız çıxmaq” ifadəsi nə qədər etikdir ? VİDEO

admin

Donbasda Rusiya hərbçiləri kütləvi şəkildə döyüşdən qaçdı…-3-ü aşkar edilib güllələndi…

admin

Xəzərin suları altında qalmış hətda antik dövrlərədə də mövcud olmuş tarix.

admin