DünyaGündəmSiyasət

Azərbaycanda məhkəmə-hüquq sistemi bərbaddır

Azərbaycanda məhkəmə-hüquq sistemi bərbaddır və bu mübahisə tələb etmir.

Amma obyektivlik naminə etiraf etmək lazımdır ki, Ruben Vardanyan və digər separatçıların məhkəməsi tam qanuni keçib. Onların bütün prosessual hüquqlarına hörmətlə yanaşılıb.

Terrorçuluq, separatizm, insanlıq əleyhinə cinayətlərə görə mühakimə olunan bu şəxsin Vatslav Havel İnsan Hüquqları Mükafatına namizəd göstərilməsi gülüncdür.

Vatslav Havel adı hər kəsin nəzərində insan ləyaqəti, demokratiya və humanizm anlamını canlandırır.

Əgər AŞ PA-da hansısa qruplar bu təşəbbüsü dəstəkləyib, onu rəsmi namizəd elan etsə, yaxud da bu mükafatın qalibi olaraq Vardanyanı təltif edilsməsinə nail olarsa, bu, Avropa Şurasının illərdən bəri Azərbaycanda insan haqları sahəsindəki fəaliyyətinə kölgə salmış olacaq.

AŞ PA hələ uzun illər öncə BMT-dən sonra yeganə təşkilat olub ki, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına dair ayrıca qətnamə qəbul edib.
Bugün Azərbaycan AŞ PA-da yoxdur.

Amma müttəfiqləri var. Buna imkan vermək olmaz!

 

Pərviz Həşimli

Tacxeber.com

Oxşar xəbərlər

Patriot raketləri nədir və onlar Ukraynaya necə kömək edəcəklər?

redaktor

“Biz heç vaxt ölkəmizə uzadılan dostluq əlini rədd etməmişik” – Ərdoğan

redaktor

Ordumuz bu yüksəklikləri götürəcək – General

redaktor