Ermənistan mediasının məlumatına görə, Baş nazir Nikol Paşinyan24 saat ərzində ikinci dəfə davaya qarışıb.
Ermənistan televiziya kanalları tərəfindən yayılan videogörüntülərə görə, separatçı Artur Osipyan seçki kampaniyası zamanı Paşinyana yaxınlaşaraq onu milyardlarla dolları nəzarətsiz xərcləməkdə ittiham edib. Bu pullar Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan separatçı rejiminə, daha sonra isə “Qarabağ” klanının cibinə gedib.
Paşinyan cavab olaraq hər şeyin nəzarət altında olduğunu bildirdi. Nəticədə, bir sıra sərt çıxışlardan sonra baş nazir Osipyana “buradan çıx” dedi.
Paşinyan Osipyanı kəskin şəkildə danladı: “Rədd ol buradan, sən kimsən, oğru alçaq”.
Ermənistan baş nazirinin bu sözlərindən sonra onun tərəfdarları Osipyanı kənara itələməyə çalışdılar.
Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, nəticədə sonuncu xuliqanlıq şübhəsi ilə saxlanılaraq Arabkir polis şöbəsinə aparılıb.
