22 C
Bakı
19 Oktyabr 2026 16:01
Cəmiyyət

Hüquq müdafiəçisi Rüfət Səfərova 9 il həbs cəzası istənilib

“Müdafiə Xətti” insan hüquqları təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərova 9 il həbs cəzası istənilib.

Mayın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı Vüsal Mehrəliyev çıxışında bu təkliflə çıxış edib.

Prokuror iddia edib ki, Səfərova qarşı irəli sürülən dələduzluq, xuliqanlıq və qəsdən sağlamlığa zərər vurma kimi ittihamlar məhkəmə istintaqı zamanı tam təsdiqini tapıb.

Hüquq müdafiəçisi prokurorun çıxışını və onun üçün tələb etdiyi cəzanı gülüşlə qarşılayıb.

R.Səfərovun məhkəmə prosesi iyunun 5-də vəkillərin müdafiə çıxışları ilə davam edəcək.(Azadlıq Radiosu)

 

Tacxeber.com

Oxşar xəbərlər

TƏBİB ləğv edilirsə, 8 ilin hesabatı haradadır?

redaktor

Tarixi qardaşlığımıza sahib çıxmalıyıq

redaktor

Cəhalətin üzü və astarı: İranla Türkiyənin fərqi

redaktor