Nə normaya uyğun deyil, yağış, yoxsa, bu hakimiyyət?
Niyə hər dəfə Bakıya yağış əvəzinə göydən fəlakət yağır?
Sonra deyirlər ölkə niyə bu gündədir? Necə olmalıdır ki? Bir Bakını idarə edə bilmirlər, ölkəni necə idarə etsinlər? Hər dəfə Bakıya yağış əvəzinə sanki göydən fəlakət yağır. Bütün şəhər iflic olur, gölməcələr Bakını “Venesiyaya”çevirir.
Tutuquşu kimi də bir söz əzbərləyiblər, hər dəfə Baki yağış nəticəsində suya qərq olabda “normadan artıq yağış yağır” ona görədir deyirlər. Anlamaq olmur normanı kim müəyyən edir, Bakı səhər icra hakimiyyəti, yoxsa təbiət özü. Artıq illərdir ki, təbiət Bakıya yağışı belə yağdırır, deməli sən də hazırlığını bu yağan yağış miqdarına uyğun görə görməlisəm, kağız üzərindəki normanı dəyişdirməlisən.
Yoxsa, bunlarin deməyindən belə çıxır ki, problem bununların korrupsiyasında, işbilməzliyundə deyil, təbiətin nə qədər yağış yağacağını doğru -düzgün hesablaya bilməməsindədir. Əgər göydə buludların dili olsaydı yəqin ki, onlar da deyərdilər ki, problem sizin normadan artıq korrupsiyanızdadır, doymaq bilməyən nəfsinizdədir, normadan artıq gerizəkalıların bu ölkədə səlahiyət sahibi olmasındadır.
Guya ki, bunlar hər işi normaya uyğun görürmüşlər, indi ancaq bir yağış məsələsində problem yaranıb. Şəhərin kanalizasiya sistemini normaya uyğun qura bilməyəndə, hər qarışı od qiymətinə satıb pul qazananda , şəhərsalmanın bütün qaydalarını pozaraq tikintilər aparanda, yol nəqliyyat infrastrukturunu doğru düzgün qura bilməyəndə, bəs o zaman norma niyə yadınıza düşmürdü?
Ölkə vətəndaşlarını cərimə ilə yükləyəndə, büdcə vəsaitlərin ölçüsüz oğurlayanda, korrupsiyanı dövlət siyasətinə çevirəndə, vergiləri, rüsumları, qiymətiləri əhalinin gəlir səviyyəsini nəzərə almayaraq artıranda, seckiləri saxtalaşdıranda, insanların hüquqlarını, azadlıqlarını boganda bəs norma niyə heç yadınıza düşmürdü?
Bu ölkədə normaya uyğun olmayan bir şey varsa, o da bu hakimiyyətin özüdür. Bütün davranışlarınız, etdikləriniz insanlıq, hüquq, iqtisadi və. s normaları açıq aşkar ayaq altına alıb ölkəni amansızcasına talamağa xidmət edir. Nə qədər ki, bu ölkədə normal bir hakimiyyət olmayacaq, günümüz də beləcə normadan artıq qara olacaq.
