DünyaSiyasət

1 gündə 3 fərqli qlobal anti-terror əməliyyatı…

Hansısa terror qruplaşmasının deyil, dövlətin tərəfindən dəstəkli, dövlətin struktur rəisi olan, buna görə də, dövlətin içində dövlət imkanı və gücünə malik olub Yaxın Şərq regionunda at oynadan terrorçu Qasım Süleymanini ləğv edə bilmiş başarlı ABŞ anti-terror strukturunun 24 saatda maraqlı 3 əməliyyatı barədə qeyd edək.

1. Ötən cümə günü FTB (ABŞ Federal Təhqiqat Bürosu) agentləri Məhəmməd əl-Səadi qandallı şəkildə Nyu-Yorkun Beynəlxalq Hava Limanına eniş etdirdilər. Kimdir, ABŞ-a “təşrifi”nə xüsusi antiterror qrupu, təyyarə ayrılan bu M. əl-Saidi?

İran rejiminin dəstəklədiyi, həm vaxtilə Qasım Süleymaninin kurasiyası, dostluğunda olmuş, İraq terrorçu qrupunun lideridir, bu terror başı. Bu Məhəmməd əl-Səadi, Avropa və Kanadada 20-dən çox qanlı terror hücumunda və ABŞ-a hücumlar planlaşdırmasında suçlu ittihamlıdır.

2. Elə həmin cümə günü, ABŞ-a ekstradisiya edilən ən yüksək ranqlı Tren de Araguabterrir qruplaşmasınln lideri “Çuki” ləqəbi ilə tanınan Venesuelalı Xose Enrike Martines Flores də ABŞ-a qandallı şəkildə eniş etdirildi. Bu şəxs kimdir? Floresin “TDA” dəhşətli qruplaşması regionda narkotik ticarəti, şantaj, fahişəlik və qəddar sui-qəsd əməliyyatlarına nəzarət edirdi.

3. Və daha sonra isə, cümə günü gecəsi, ABŞ əməliyyatçıları fantastik görsənə biləcək bir əməliyyatla, Afrikada əməliyyatla, Nigeriyada məskunlaşan, İŞİD “İslam Dövləti” terror qrupu və beynəlxalq, qlobal əməliyyatlarının ikinci komandiri, Əbu Bilal əl-Minuqini məhv etdilər. Adamı dünya dövlətləri çoxdan axtarırdı, əli saysız-hesabsız günahsız insan qanına batıb.

Bu, “bambılı”, axmaq deyə məsxərəyə qoyulan Donald Trampın, qlobal, regional dövlətlərarası xeyli siyasi addımları bir tərəfə, dünyada heç bir dövlətin bacarıb tuta bilmədiyi məşhur terrorçu cəlladları zərərsizləşdirmə yöndəki anti-terror əməliyyatının sadəcə bir günüdür. Belə çıxır ki, xeyli insanlar siyasi liderləri görülən faktiki real iş və nəticə ilə deyil, zövqlərinə uyğun görüntü, manipulyativ davranış, “yaxşı oğlanla” ölçürlər.

Bu mənada təbii ki, Trampın zərbələr vurduğu İŞİD, SEPAH, Əl-KAİDA-nın şəbəkə, agenturası, tərəfkeşlərinin qərəzli yanaşmalarını nəzərdə tutmuram, onlar borclu-məcburdur pisləsinlər.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Zaxarova: Xəstəxananı bombalama insanlıqdan çıxmaqdır

redaktor

Qırmızı Xaç Komitəsi Ukraynadakı fəaliyyətini dayandırdı

redaktor

Trampın sözlərinə deyil, əməllərinə qiymət vermək lazımdır.

admin