31.6 C
Bakı
13 Avqust 2026 15:17
DünyaGündəmSiyasət

Bunu tək Putin yox, heç kim unutmayacaq

Təxminən 50 ilin söhbətidi.  Daha doğrusu, hadisəsidi. Rayonda çox əzazil bir raykom katibi kommunal təsərrüfatı idarəsinin müdirini kabinetində təhqir etmişdi.
Müdir də elə katibin öz stolunun üstündəki çernillə yazan qələmini götürüb rayonun birinci adamının ağ köynəyinə çiləyib uzun qara bir iz salmışdı.  Sonra,  əlbəttə katib o müdiri tutdurmuşdu.  Amma  həmin anda adama söylədiyi
hədəli etirafı heç unudulmadı.
Bu qara bu köynəkdən gedər, ancaq mənim sinəmdən getməz, demişmiş..

İndi Ukrayna prezidenti Zelenskiy də bu gün Kiyevdə imzaladığı bir fərmanla Rusiyanın birinci adamının – Putinin sinəsinə eyni cür effekt verən  bir dağ çəkib.
Fərmanda deyilir ki,  Moskvada 9 may paradı müddətində “Qırmızı Meydanın ərazisi Ukrayna silahlarından istifadə planından çıxarılsın”.

Başqa sözlə bu, Kiyev rəsmi olaraq Putinə paradı maneəsiz keçirməyə “icazə verib” deməkdir və Onu elə bir alçaltmaqdır ki.. ölsə ondan yaxşıdı.

Həm də bunu tək Putin yox, heç kim unutmayacaq:  Moskva ən simvolik bayramını Kiyevin açıq şəkildə təqdim etdiyi “zəmanətlər” altında keçirir.

 

Yaqub Babalar

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-ın təhlükəsizlik doktrinalarında Yaxın Şərq məsələsi

redaktor

Laçında “LAÇIN” yazısının hər hərfinə 100 min manat xərclənəcək. Bir hərfə — 100 min manat

redaktor

Azərbaycanda iyulda illik inflyasiya 5,8 faiz olub, ərzaq 7,3 faiz bahalaşıb

admin