SEPAH və Qasım Süleymani haqda statusumuz bir real analiz yaratdı. Bu saat İran prezidenti M. Pezeşkiana qarşı ən mənfi nəsə paylaşaq, iranpərəstlərin heç biri çıxıb etiraz etməyəcək. Amma ki, İran SEPAH-ı və onun Qasım Süleymanisi üçün gün ərzində hirsli inkar şərhlərlə can-başla yazır və çalışırlar. Nə deməkdir, bu? Demək, SEPAH-dır məhz, Azərbaycanda indiyədək, pul, təbliğat, agent, “vasitələr” və s. buraxıb, şəbəkə quran.
Hətta, İranla bağlı, prosesin Xalq üçün yaxşı olacağı, SEPAH üçün çox pis, yazıram, yenə bəyənmir, hikkəli, etirazlı mövqe sərgiləyirlər. Demək, İran, xalq da veclərinə deyil. Hətta dini lider Xameneiyə görə belə canifəşanlıq olmur. Yalnız, SEPAH! İran dövləti içində güc dövləti!
Nəticə nədir? Ölkəmizdə İranyönlü radikalların əksəriyyəti SEPAH-a bağlıdır və bunu artıq heç də gizlətmirlər. Hələ, üzə çıxan “zəifləri” budur, çıxmayan, gizli işləyənlər vacibləri ayrı. (Təbii, hamısını nəzərdə tutmuram). Bu, bir sübutdur. Çox təəssüf, bu qədər xeyli vətəndaşlarımızın “döndərilməsi” itkisinə. Və təhlükəli hala görə. Bu şəbəkə savaşın, SEPAH-ın bitməsi ilə bitər.
