Bakida Milli Onkologiya Mərkəzində baş vermiş faciəli hadisə Gürcüstanda yaşayan soydaslarımızı həm kədərləndirib, həm də təəccubləndirib.
Bu barədə Gürcüstanda yasayan soydaşımız Rza Qurbanov sosial şəbəkələrdə paylaşım edib.
Rza Qurbanov yazır:
“Biz Gürcüstanlılar həmişə Azərbaycanın xeyirinə sevinir, şərinə qüssələnirik.Bakı Milli Onkologiya Mərkəzində olan faciə bizi həm sarsıtdı, həm də çox təəccübləndirdi.
İstər-istəməz Gürcüstanın səhiyyə sahəsindəki uğuları göz önünə gəlir.
6 ildən çox onkoloji xəstə olan çox yaxın bir qohumu müalicə üçün Tbilisiyə çox vaxt mən aparmalı oluram.
Əvvəlcə onu deyim ki, Gürcüstan tibb işçiləri çox humanist insanlardır. Xəstəni təbəssümlə və doğmaları kimi qarşılayırlar. Onkoloji şöbə olan bütün xəstəxanalarda xidmət növlərinin hamısı tam dövlət hesabınadır. Kimyəvi və immun terapiya, şüalanma, MRT və KT, müxtəlif növ analizlər və ən əsası lazım olan ən bahalı dərmanlar da xəstəyə dövlət hesabına hər ay verilir.Bizim xəstəmizə hər ay qiyməti 3 min laridən( min dollardan çox) dərman pulsuz verilir.
Xəstəmizin 6 ildə müalicəsi üçün çəkdiyi xərc sıfıra bərabərdir.
Həkim və tibb bacılarına rüşvət təklif etsən onları təhgir etmiş olursan…qəti olmaz…təklif edəni də biabır edərlər. Mən bilən maaşları da qənaətbəxşdir.
Bir neçə il öncə Bakıda qəzaya uğramış bir qohumu Semaşko xəstəxanasına yerləşdirmişdilər. 10 dəqiqəliyə xəstənin yanına çıxıb düşmək üçün 100 dollar xırdalayıb qapıçıdan tutmuş həkiminə qədər paylamalı idim. Ən pisi də odur ki, xəstəni də sağalda bilmədilər. Cənazəni Gürcüstana gətirməli olduğumuz üçün xəstəxana ,,ölüm” arayışi verməli idi. Süründürdükdən sonra 300 dollar alıb sonra arayış verdilər.
Ona görə ucadan deyirəm – çox sağ ol vətənim Gürcüstan! (Azadlıq qəzeti)
