Sağlamlıq

Aspirin xərçəng riskini azaldır

Ağrıkəsici kimi tanınan aspirinlə bağlı yeni araşdırmalar onun bəzi xərçəng növlərinin yaranma və yayılma riskini azaltdığını göstərir. Xüsusilə genetik olaraq yüksək risk qrupuna daxil olan şəxslərdə – məsələn, Linç sindromu daşıyıcılarında – aparılan uzunmüddətli tədqiqatlarda preparatın müntəzəm qəbulu bağırsaq xərçəngi riskini təxminən 50 faiz azaldıb.
Alimlər müəyyən ediblər ki, aspirin qan laxtalanmasını azaldaraq və iltihabi prosesləri zəiflədərək şiş hüceyrələrinin yayılmasının qarşısını da alır. Eyni zamanda, dərman immun sisteminin xərçəng hüceyrələrini tanımasını asanlaşdıran mexanizmlərə təsir göstərir.
Bununla yanaşı, mütəxəssislər xəbərdarlıq edir ki, aspirin hər kəs üçün uyğun deyil.
SİNXRON – OP. DR. CƏMİL ƏLƏKBƏROV – TORAKAL – CƏRRAH
Dərmanın uzunmüddətli istifadəsi daxili qanaxma və mədə problemləri kimi yan təsirlər yarada bilər. Buna görə də onun profilaktik məqsədlə qəbulu yalnız həkim məsləhəti ilə aparılmalıdır, deyə cərrah vurğulayıb. (Saglamolun.az)

 

Mənbə: BBC

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Duzlu yemək 30 dəqiqə ərzində damarları daraldır – Təhlükə

admin

Hansı vitamin çatışmazlığından əziyyət çəkirsiniz?

redaktor

Öskürək siropu seçərkən diqqətli olun: Hansı növ kimə uyğundur?

redaktor