DünyaSiyasət

Mini “Hörümçək toru” əməliyyatı

Ukrayna Pilotsuz Qüvvələr Komandanlığı Rusiyanın Çelyabinsk şəhərindəki Şaqol hərbi aerodromuna hücum təşkil edib. Dronlar 4 döyüş təyyarəsini – 2 ədəd Su-57, 1 ədəd Su-34 və 1 ədəd Su (modifikasiyası naməlum) təyyarəsini vurub.

Bunların arasında Su-57 xüsusilə qiymətlidir. Rusiyanın ən yeni, 5-ci nəsil hərbi təyyarəsi olan Su-57-lər ordunun arsenalında hələ ki məhdud saydadır.

Çelyabinsk Ukrayna sərhədindən 1700 km uzaqda yerləşir. Bu fakt Ukrayna PUA-larının texniki keyfiyyətlərinin sürətlə artdığını, təkmilləşdiyini göstərir və yaxın gələcəkdə Rusiya ərazisində təhlükəsiz yer qalmayacağını söyləməyə əsas verir.

Xatırladaq ki, 2025-ci il iyunun 1-də Ukrayna kəşfiyyatının Rusiyanın içərisindən 4 hərbi aerodroma təşkil etdiyi unikal dron hucumlarında işğalçı dövlətin strateji aviasiyasının təxminən üçdə biri (41 ədəd) məhv edilmiş və ya zədələnmişdi.

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

İsrail İran xəstəxanasını vurdu – VİDEO

redaktor

İran: Bizim HƏMAS-ın hücumunda iştirakımız yoxdur

admin

ABŞ-dan açıq TƏHDİD – “İrana qarşı döyüş əməliyyatlarına başlaya BİLƏRİK”

redaktor