GündəmİqtisadiyyatTexnologiya

İnternetin qiyməti yoxsa sürəti?

İndiki məqamda hansı daha aktualdır, internetin sürətinin reklamı, yoxsa tələbata uyğun qiymət seçiminin olması ?

İKTA yenidən internet sürətinin artması ilə bağlı növbəti hesabatı açıqlayıb. Beynəlxalq reytinqlərdə irəliləyiş vurğulanıb. Sürətin yüksəlməsi əlbəttə müsbət haldır.

Amma dəfələrlə vurğulanıb ki, tənzimləyici qurumun zaman-zaman bu məsələyə fokuslanması, beynəlxalq qurumlara bununla bağlı böyük vəsaitlərin ödənilməsi indiki galda prioritet olmamalıdır.

Hazırda Azərbaycanda “yüksək internet sürətini necə əldə edim” sualı aktual deyil. RİNN-in , Aztelekom-un apardığı infrastruktur layihəsilə bu problem öz həllini tapıb.

Odur ki, İKTA-nın bu tip açıqlamaları, yumşaq desəm əks effekt yaradır.

Bu gün istifadəçiləri daha çox düşündürən məsələlər qiymətlərin yüksəkliyi, xüsusilə də tələbata uyğun seçim imkanlarının məhdudluğu, bəzi ərazilərdə rəqabətin zəifliyi, real sürətin vəd edilən göstəriciyə uyğun gəlməsi, kəsintilər və xidmət keyfiyyətidir.

Aktual olan mobil internetin qiymətinin hər gün qalxmasıdır.

Hansı ki hələ bir dəfə də müşahidə etməmişəm ki, İKTA bu məsələlərə münasibət bildrisin.

Dövlət operatoru olan Aztelekom hələ də minimal 25 manat taarif məsləsində israrlıdır. Heç bir seçim yeri qoymayıb.

Belə bir mərhələdə beynəlxalq reytinqlərdə neçə pillə yuxarı qalxmağın reklamına və bunun üçün kənar beynəlxalq qurumlara vəsait xərclənməsinə deyil, resursların birbaşa abonentin xeyrinə yönəlməsinə ehtiyac var.

İKTA fərqində olmalıdır ki, əsas mövzu sürət yarışması yox, ədalətli qiymət, seçim azadlığı və keyfiyyətli xidmət olmalıdır.

 

Osman Gündüz

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Süni intellektlə köçürmə qalmaqalı naziri istefaya apardı

admin

Mehbalıyevin oğlu və Əli Həsənovun kürəkəni olan keçmiş polis zabiti İsfəndiyar Mehbalıyev Dubayda yaşayır

admin

Tanrılar çox idi, sonra bir oldu: Bəşəriyyətin 300 min illik tarixində təkallahlılığın yeri

redaktor