DünyaGündəmSiyasət

Trampın müharibə səlahiyyətləri başa çatdı

ABŞ prezidenti Konqresin razılığı olmadan yalnız 60 təqvim günü hərbi əməliyyatlar apara bilər və bu müddət artıq bitib. Demokrat konqresmenlər Trampın İran avantürasının ABŞ qanunvericiliyinin pozulması kimi tanınması üçün Ağ Evə qarşı məhkəmə iddiası qaldırmaq barədə düşünürlər (https://time.com/article/2026/04/28/exclusive-democrats-explore-suing-trump-if-congress-doesn-t-authorize-iran-war/).

Trampın komandası indiyədək İranla müharibəni davam etdirmək üçün Konqresə müraciət etməyib. Pentaqonun ona əlavə $200 milyard ayrılması haqda Konqresə müraciətinə də hələ baxılmayıb. Aydındır ki, Konqres heç birinə razı olmayacaq. Hətta respublikaçıların da çoxu Pentaqondan müharibəni bitirmək üzrə yol xəritəsini tələb edir.

İran avantürası əhali arasında olduqca qeyri-populyardır – son sorğularda amerikalıların 2/3-si bildirib ki, bu müharibənin başlanmamasını istəyərdi. Müharibənin uzadılmasına səs verən hər hansı konqresmen 6 ay sonra keçiriləcək Konqres seçkilərində ali qanunverici orqandakı kreslosunu itirmək riskinə girir.

Konqresin icazəsi olmadan ABŞ-ın 60 gündən artıq müharibə apardığı hadisə olub – 2011-ci il Liviya müharibəsi. Lakin Ağ Evin vəkilləri onu presedent kimi istifadə edə bilməzlər. Çünki o vaxt Obama administrasiyası bunu sırf ABŞ əməliyyatı kimi deyil, NATO əməliyyatı kimi təqdim etdi. Həqiqətən də, Liviya müharibəsində NATO iştirak edirdi. Bu dəfə də Tramp bütün ciddi-cəhdlə NATO-nu hərbi əməliyyatlara qoşmağa çalışdı.

Tramp yaxşı bilirdi ki, ABŞ istisna olmaqla NATO, həqiqətən də, “kağız pələngdir”. Yəni onun İrana qarşı müharibədə faydası olmayacaq. NATO ölkələri ona hərbi cəhətdən güclənmək üçün yox, müharibəni NATO əməliyyatı kimi yozmaq üçün lazım idi – bu halda hərbi əməliyyatlar üçün vaxt məhdudiyyəti olmayacaqdı. Lakin avropalılar ona bu şansı vermədilər, uduzulmuş müharibəyə görə məsuliyyəti bölüşmək istəmədilər.

Demokratlar iddianı məhkəməyə çıxara bilsələr, qalib gəlmək şansları böyükdür. Ali Məhkəmə artıq Trampın dövlət qulluqçularının ixtisarı, ticarət tarifləri və immiqrasiya reydləri ilə bağlı qərarlarını ləğv edib. Müharibə qərarını da qanunsuz saysa, Tramp İran qarşısında çox pis vəziyyətdə qalacaq.

Bundan sonra isə müharibə naziri ilə yanaşı Administrasiyanın bir çox yüksək çinli nümayəndələrinin istefaya göndərilməsi labüd olacaq.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Yuliya Navalnaya: “Putinlə razılaşmaq mənasızdır, sizi aldadacaq”

redaktor

“Heç bir HHM qüvvəsi buna kifayət etməz” – Rus general acizliklərini etiraf etdi

redaktor

Amma gülməyin

admin