25 C
Bakı
21 Sentyabr 2026 10:55
DünyaTarix

Qəbələ Azərbaycanın paytaxtı ola bilər

Tarix. Qəbələ qədim Qafqaz Albaniyası dövründə paytaxt olub.

Təhlükəsizlik. Bakı Xəzər sahilində yerləşir və potensial hərbi risklərə (dənizdən hücum, enerji infrastrukturu), eləcə də dron hücumlarına daha açıqdır. Qəbələ isə dağlarla əhatə olunub, daha “daxildə” yerləşir, bu da təhlükəsizlik baxımından üstünlükdür.

Regional inkişaf. Paytaxtın köçürülməsi ölkə daxilində balans yarada bilər. Hazırda bütün iqtisadi və siyasi güc Bakıda cəmlənib. Qəbələnin inkişafı regionların canlanmasına təkan verə bilər.

Urbanizasiya. Bakı artıq həddən artıq sıxlaşıb – nəqliyyat, hava çirkliliyi, infrastruktur yüklənməsi var. İqlimi daha mülayim, təbiəti daha gözəl olan Qəbələ təmiz, planlı şəhər kimi sıfırdan inkişaf etdirilə bilər.

Bir çox dövlətlər, o cümlədən qardaş Türkiyə paytaxtı dəyişiblər. Azərbaycan niyə dəyişməsin?!

Siz bu barədə nə düşünürsüz?

 

Mustafa Hacıbəyli

Tacxeber.com

Oxşar xəbərlər

Saakaşvili məhkəmədə Ukrayna himnini oxuyub

redaktor

“Daha 40 gün”: Zelenski Rusiya ilə bağlı cəsarətli bir açıqlama verdi

redaktor

Ruslar başlarını itiriblər, indi də bir-birilərini qırırlar

admin