Naxçıvan MR sabiq Baş nazirinin müavini Təranə Quliyeva: “Vasif Talıbov və oğlanları həbs edilməlidir”
Naxçıvanın dəyərli ziyalısı, 15 il sərasər Muxtar Respublikanın Baş nazirinin müavini işləmiş Təranə Quliyeva mənə zəng etmişdi.
Hörmətli ziyalımız son zamanlar sosial şəbəkələrdə Vasif Talıbovun təbliğ olunmasından xeyli narahatdır. Onun fikrincə, kimlərsə, “xan”ı “xortlatmaq” istəyir.
Vasif Talıbovun qorxulu cinayətkar olduğunu düşünən Təranə xanım ona və oğullarına bəzi mesajlar göndərdi. Bildirdi ki, Vasif Talıbovun “diriltmək” istəyənlər öz qarşılarında Təranə xanımı görəcək. Nəyin bahasına olursa olsun, Vasif Talıbovun reablitasiyasına qarşı çıxacaq və bu mübarizədə əlindən gələni əsirgəməyəcək.
Təranə xanımın iddiasına görə, əlində Vasif Talıbovu ifşa edəcək çox ciddi məlumatlar və sənədlər var. Media orqanlarından ona bu faktları izhar etmək imkanı verilməsini istəyən xanım ziyalı hər kəsi bu haqq işində onu müdafiə etməyə çağırdı.

