Naxçıvanın dəyərli ziyalısı, 15 il sərasər Muxtar Respublikanın Baş nazirinin müavini işləmiş Təranə Quliyeva mənə zəng etmişdi.
Hörmətli ziyalımız son zamanlar sosial şəbəkələrdə Vasif Talıbovun təbliğ olunmasından xeyli narahatdır. Onun fikrincə, kimlərsə, “xan”ı “xortlatmaq” istəyir.
Vasif Talıbovun qorxulu cinayətkar olduğunu düşünən Təranə xanım ona və oğullarına bəzi mesajlar göndərdi. Bildirdi ki, Vasif Talıbovun “diriltmək” istəyənlər öz qarşılarında Təranə xanımı görəcək. Nəyin bahasına olursa olsun, Vasif Talıbovun reablitasiyasına qarşı çıxacaq və bu mübarizədə əlindən gələni əsirgəməyəcək.
Təranə xanımın iddiasına görə, əlində Vasif Talıbovu ifşa edəcək çox ciddi məlumatlar və sənədlər var. Media orqanlarından ona bu faktları izhar etmək imkanı verilməsini istəyən xanım ziyalı hər kəsi bu haqq işində onu müdafiə etməyə çağırdı.
Təranə xanımın dediklərindən bəzi sətirlər:
• Vasif Talıbov Naxçıvan üçün heçnə etməyib, Yalandır! Hamısı Bakıdan biz, naxçıvanlılar üçün ayrılan milyardlarla pullar hesabına görülən işlər idi. Bizim haqqımızı yedilər, oğlanları oğurladı özlərinə Dubayda, Gürcüstanda, Belarusiyada, Rusiyada, Türkiyədə, Çexiyada biznes qurdular! Naxçıvanlıları öz vətənlərindən, torpaqlarından didərgin saldılar, bir tikə çörək pulu üçün fəhləlıyə getdilər. Talıbovlar, Ulu Öndərin adından istifadə etdilər, amma özləri varlandılar, sadə naxçıvanlıkara zülm etdilər!
• Vasif Talıbov neçə-neçə evlər yıxıb, ailələr dağıdıb. Seymur Talıbov və qaynatası Fazil Naxçıvanda ən böyük fahişəxanalar saxlayırdı*. Quldurluq edib, insanların həyatını yıxırdı. Bu murdarları arzulayanlar kimlərdi, maraqlıdır.
• Vasif Talıbovun cinayyət əməlləri cənab Prezidentimizdən və Mehriban xanımdan gizlədilir! Bütün faktları, sübutları açıqlamaq istəyirəm.
• Mən, Vasif Talıbovla, o hələ Ali Məclisdə və Naxçıvanda özünü xan kimi aparanda, 10 il əvvəl aparmışam. Çünki, o, CİNAYƏTKARDIR!”.
• Əziz Naxçıvanlılar! Vasif Talıbovu reklam edənlərə öz sözünüzü deyin! Onun nə qədər qəddar, cinayətkar, evyıxan və əxlaqsız olduğunu mən bilirəm və məhkəmədə sübut etməyə hazırlaşıram!”
Qeyd edim ki, Təranə xanıma “bəlkə Vasif Talıbovun fahişəxana saxlamasını yazmayaq, çünki əlinizdə bunu təsdiqləyən fakt olmasa, sizi məhkəməyə verə bilərlər”, – dedim. Təranə xanım isə “mən nə dediyimi bilirəm və dediyim hər sözün sübutu var, buyursunlar məni məhkəməyə versinlər”, – deyə cavab verdi.
