DünyaSiyasət

Zaxarova Türkiyəni Qara dənizə “ekoloji zərbə” vurulmasına yardım etməkdə ittiham etdi

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Türkiyə və Bolqarıstan NATO çərçivəsində Ukraynanı dəstəkləməklə Qara dənizə ekoloji zərərin vurulmasına dolayı yolla şərait yaradır.

Onun sözlərinə görə, alyansın üzvləri olaraq hər iki ölkə Kiyevə hərbi və maliyyə yardımı ilə bağlı qərarlara görə məsuliyyət daşıyır.

“Siyasi dəstək aktları, maliyyələşdirmə, birbaşa silah tədarükü və hər cür informasiya yardımı ilə onlar, əslində, ölkələrini əhatə edən dənizə zərbə endirilməsinə yardım edirlər”, — deyə diplomat qeyd edib.

Zaxarova dəqiqləşdirib ki, söhbət məhz Qara dənizə vurulan “ekoloji zərbə”dən gedir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan orta gücə çevrilir: Bəs dövlətin öz içində vəziyyət necədir?

redaktor

Zelenski sülh naminə Rusiyaya ərazi güzəştlərini rədd etdi

redaktor

Ramiz Mehdiyevin kitablarının kitabxanalardan yığışdırılması kampaniyası gedir

redaktor