10 C
Bakı
29 Aprel 2026 19:22
DünyaSiyasət

Britaniya Kralı səfərinin Ukraynaya xeyri çoxdur

Hər zaman, Rusiya-Ukrayna savaşı başlanan vaxtdan, Britaniya baş nazirləri, hökumətinin Ukraynanın müdafiəsində ən önəmli yerlərdə olması ilə düşünürdüm ki, Kral belə mövqeyə müsbət yanaşmasa bu mümkün olan iş deyil. Çünki, Britaniyada Kral bu dövlətin başçısıdır.

Budur, Britaniya Kralı Kral III Çarlz ABŞ-səfəri, Amerika Konqressi qarşısında çıxışında bunu, birbaş özü təsdiq etdi:

Britaniya monarxı Konqresdəkiı ayaq üstü alqışlarla qarşılanan çıxışının böyük hissəsini ABŞ və Britaniya arasında tarixi mövcud olan yaxın əlaqələrə, dostluğu qorumağa həsr edib

Britaniya monarxı amerikalılara xatırlatdı ki, NATO 11 sentyabr hadisələrindən sonra onların yanındadır və “ortaq düşmənlərə qarşı qarşılıqlı müdafiəyə sadiqdir”. Bu, NATO-nu tənqid edən Trampa tutarlı cavab idi.

Kral həmçinin Ukraynadan da bəhs edib və “onun cəsur xalqını” müdafiə etmək üçün xeyli sarsılmaz qətiyyət tələb edib. Bu sözlər də son zamanlar Trampın Ukraynaya, Zelenskiyə qarşı çıxışlarına cavab idi, çıxış ayaq üstə alqışlanıb.

Kral III Çarlz İrana yönlü çıxışında İrana qəti nüvə silahı əldə etmək imkanı verməməyi dedi və bunu o İranın radikal dövləti ilə əlaqələndirdi.

Kral çıxışını həmçinin, ABŞ-Böyük Britaniya ittifaqının “ortaq dəyərlərimizi müdafiə etməyə” davamlı olmaq və dostluq duasını vurğulayıb.

Güman olunur, Britaniya kralının ABŞ-a böyük səfəri həm ABŞ və Avropa arasındakı müttəfiq, həm də Ukraynaya dəstək birliyinə hesablanıb. Və bu xətt isə, bundan sonra xeyli yüksələcək.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna Prezident Ofisinin rəsmisi Rusiyanın qoşunlarını ölkədən çıxarması ilə bağlı proqnoz verib

redaktor

Erməni milyarder Tərtər rayonuna gəldi

redaktor

Pezeşkian Antarktidada dincələn köməkçisini işdən çıxardı

redaktor