14 C
Bakı
28 Aprel 2026 12:04
Cəmiyyət

Bu dəfə də ‘qardaş kartı’…

Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə “Şahdağ” hoteli ilə bağlı iddialara cavab verərkən deyir ki, obyekt ona yox, qardaşına məxsusdur və heç bir qanunsuz tikinti yoxdur. Açığı, bu cür açıqlamalar artıq cəmiyyət üçün nə yeni, nə də inandırıcıdır.

Əsas məsələ kimin adına olması deyil — əsas məsələ dövlət vəzifəsində olan şəxsin adı hallanan bir obyekt ətrafında qanunsuzluq iddialarının dolaşmasıdır. “Qardaşımdır”, “qohumumdur” kimi arqumentlər illərdir eyni ssenari ilə səslənir və hər dəfə də söhbəti öz üzərindən atmaq üçün istifadə olunur. Bu, artıq köhnəlmiş və cəmiyyətin qəbul etmədiyi bir yanaşmadır.

Əgər ortada heç bir problem yoxdursa, niyə məsələ gündəmə gəlib? Niyə Quba Rayon İcra Hakimiyyəti səviyyəsində belə iddialar səslənir? Bu suallar cavabsız qalırsa, deməli ortada ya şəffaflıq problemi var, ya da gizlədilməyə çalışılan məqamlar mövcuddur.

Hansı icazə ilə tikilib? Layihə təsdiqi varmı? Yoxdursa, niyə yoxdur? Varsa, niyə açıq şəkildə paylaşılmır?

Cəmiyyət artıq bu cür formal və ötəri açıqlamalarla kifayətlənmir. Şəffaflıq tələb edir. Cavab tələb edir.

 

Aslan Həmidli

Tacxeber.com

Oxşar xəbərlər

Bəylər Əyyubovun qardaşə oğlu siqaret qaçaqmalçılığı iddiası ilə həbs edilib

admin

Uşaqlarda nitq ləngiməsi halı niyə artıb? Psixoloqdan valideynlərə CAĞIRIŞ

redaktor

Baboş deputat olsun! – Təklif verildi

redaktor