23.6 C
Bakı
12 İyun 2026 02:51
CəmiyyətGündəm

Zahid Oruc da yalan danışdı

Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin sədri və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc ötən ilin oktyabrında iddia edib ki, Türkiyədə daxili qoşunların şəxsi heyətinin sayı 50 min nəfərdir.

Tacxeber.com xəbər verir ki, “Fakt Yoxla” deputatın iddiasının doğru olub-olmadığını yoxlayıb.

Türkiyədə Daxili İşlər Nazirliyi tabeliyində fəaliyyət göstərən qoşunlar olan Jandarma qüvvələri Osmanlı İmperiyası dönəmindən müxtəlif adlar altında formalaşıb və 1923-cü ildə Türkiyə Respublikasının qurulmasından sonra bu günkü halını almışdır.

Türkiyə Maliyyə Məhkəməsinin (Sayıştay Başkanlığı) 2023-cü il (ən son məlumat) hesabatına görə, Jandarma qüvvələrinin 198.317 nəfər əməkdaşı var. Bu isə 85 milyon 664 min nəfər əhalisi olan Türkiyədə əhalinin hər 100 min nəfərinə təxminən 231 əməkdaş deməkdir.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Zahid Orucun iddiası yanlışdır.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Vətəndaşın torpağından yol çəkdi, pulunu vermədi – Məhkəmə 400 min kompensasiya kəsdi

admin

Xalq artisti Ceyhun Mirzəyevin qızına görə nazirliyə müraciət etdi

redaktor

Yevlaxın “Karvan” klubu Azər Bağırovu baş məşqçi postuna gətirir?

admin