ABŞ Prezidenti Donald Trampın martın sonunda Çinə səfəri planlaşdırılırdı. Ancaq həmin günlərdə ABŞ-ın İrana qarşı müharibəsi davam etdiyinə görə, Ağ Ev sahibi Çinə səfəri təxirə saldı. Tramp açıqlama verərək səfərin may ayının ortalarında gerçəkləşəcəyini bildirdi. Ancaq həmin tarix də dəqiq olmaya bilər. Məsələ burasındadır ki, ABŞ Tayvana 6 milyard dollar dəyərində silah və hərbi texnika verəcək.
Vaşinqton Tayvan Çinin bir hissəsi olaraq tanıyır. Buna baxmayaraq, Vaşinqton adanın hərbi yolla Çinə birlışdirilməsinin əleyhinədir. ABŞ Tayvanın əsas hərbi təchizatçısı olaraq qalır. Donald Tramp Çin lideri Si Cinpinlə dialoqun və görüşlərin tərəfdarı olsa da, onunla Tayvan mövzusunu müzakirə etmək istəmir. Si Cinpin isə Donald Trampıa görüşdə ABŞ Prezidentinin Tayvanla bağlı açıqlaması verməsində maraqlıdır. Donald Tramp sadəcə Vaşinqtonun Tayvanın müstəqillik elanını dəstəkləməməsi və vahid Çinin mövcudluğunu tanıması barədə sələflərinin dediklərini təkrarlayacaq.
Buna baxmayaraq, Donald Tramp Tayvanla hərbi əməkdaşlığın tərəfdarıdır. Çünki, Tayvan hökuməti aldığı hərbi texnikaya görə ABŞ-a milyardlarla dollar pul ödəyir. Tramp üçün bu əhəmiyyətli amillərdən biridir. ABŞ Tayvana raketlər, artileriya sistemləri satacaq. Bundan başqa ABŞ-la Tayvan arasında imzalanan başqa müqaviləyə görə, Amerika Tayvan Hərbi Dəniz Qüvvələrinə silah tədarük edəcək. ABŞ Tayvanla birgə hərbi təlimlərə də ara vermək istəmir. Çünki, ABŞ Çin hərbi gəmilərinin Tayvan boğazında yaxınlaşmasından narahatdır. Çin Cənubi Çin dənizinə nəzarət baxımından əhəmiyyətli bir üstünlüyə malikdir. Çinin bölgədə həmçinin təyyarələri eniş etdirə bilən süni adaları var.
Si Cinpin Donald Trampın Çinə səfərinin növbəti dəfə təxirə salınmasını istəmir. Çünki, Çin ABŞ-la ticarət əməkdaşlığına “oyun qaydalarının” müəyyənləşdirilməsinə çalışır. Tramp da “oyun qaydalarınını” müəəyyəlnəşməsini istəyir. Ancaq Vaşinqtonla Pekin arasında fərq ondadır ki, Tramp Çinlə idxal-ixrac əməliyyatlarının balanslaşdırılmsına çalışır. Çin isə dünya bazarlarına daha çox məhsul ixrac etmək istəyir. Tramp bunda maraqlı deyil.
Bu arada, Rusiya və Hindistan arasında müdafiə müqaviləsini imzalaması və təsdiq olunması Pekinin narahatlığına səbəb olub. Dünyanın ən çox əhalisinə malik olan Hindistan xarici hərbçilərə ilk dəfə öz ərazisində müvəqqəti yerləşməyə icazə verib. Rusiya-Hindistan əlaqələrinin, xüsusən də müdafiə sektorunda dərinləşməsi regional müharibələr fonunda baş verib. Buna qədər Çin Rusiya ilə müdafiə sahəsində əməkdaşlıq edirdi. İndi isə Çinin bölgədəki əsas rəqiblərindən biri – Hindistan Rusiya ilə hərbi əməkdaşlığı dərinləşdirməyə qərar verib. Müqavilə Rusiyaya Hind okeanına giriş imkanı verir və öz növbəsində Yeni Dehli Vladivostokdan Murmanska qədər şimal dəniz yolu boyunca limanlara çıxış əldə edəcək.
