Yaponiyanın baş naziri Sanae Takaiti deyib ki, Hörmüz böhranına görə vəziyyət nə qədər qeyri-müəyyən olsa da, iqtisadi və sosial fəaliyyət dayandırılmamalıdır. Hətta qonşu ölkələrindən fərqli olaraq, enerji qənaəti çağırışlarına qarşı çıxıb, deyir ki, Yaponiya hökuməti alternativlər tapmalıdır, siz enerjiyə qənaət etməyin.
Bu, ilk baxışda riskli görünə bilər. Amma əslində bu, ciddi iqtisadi düşüncədir.
Çünki həm insanlarda, həm də dövlətlərdə inkişaf üçün iradə lazımdır. Qorxu ilə verilən qərarlar çox vaxt daralma gətirir. Yəni qənaət yaxşı şeydir. Amma hər yerdə yox.
Həddindən artıq qənaət olanda nə baş verir?
İnsan az xərcləyir, biznes az qazanır, istehsal azalır və iqtisadiyyat daralır.
Yəni qənaət etdikcə vəziyyət yaxşılaşmır, əksinə zəifləyir.
Ona görə də bəzi ölkələr “qənaət edin” deyəndə, Yaponiya deyir ki, iqtisadiyyatı canlı saxlayın, fəaliyyəti dayandırmayın.
Görünən odur ki, elə bu cür yanaşmalara görə də Yaponiya Yaponiyadır. Sakit okeanda vulkanik adalardan ibarət, zəlzələ və təbii risklərə açıq, təbii resursları məhdud bir ölkə, hələ üstəlik də tarixində ən ağır nüvə sınaqlardan keçmiş bir cəmiyyət bu gün dünya iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. Bunun arxasında məhz belə qərarların fəlsəfəsi dayanır.
